Bu gün London birjasında "Brent" neftinin qiyməti 0,98% artaraq 82,06 dollara çatıb.
Bizim.Media xəbər verir ki, ticarət əməliyyatlarında bu qiymət dekabr müqavilələrini əhatə edib.
Bu səviyyə son dəfə 2018-ci ilin oktyabrın 11-də müşahidə olunub.
Nyu-Yorkun birjasında “WTI” markalı neftin noyabr fyuçerslərində isə 0,85% qiymət artımı olub. ABŞ xam neftinin qiyməti 78,28 dollar təşkil edib.
Xatirə, Bizim.Media