Kriptovalyuta bazarında ən böyük həcmə sahib olan “Bitcoin” bahalaşıb.
Bizim.Media xəbər verir ki, bu gün günorta saatlarından etibarən artım istiqaməti götürən kriptovalyuta 5 faiz bahalaşaraq, 50 min 205 dollarda qərarlaşıb.
Sonuncu dəfə virtual pulun bu səviyyəsi iyulun 9-da müşahidə olunub.
Qeyd edək ki, uzun müddət idi ki “bitkoin”-in dəyəri, 48 min dollar ətrafında idi. Digər kriptovalyutalarda da bahalaşma var. “Ethereum” qiyməti 2,1 faiz artaraq 3 min 410 dollara yüksəlib.
Xatirə, Bizim.Media