Azərbaycanda 2020-ci ildə dövlət qulluqçularının sayı 26 min 672 nəfər olub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il dövlət qulluqçularının sayı əvvəlki illə müqayisədə azalıb.
Belə ki, 2019-cu ildə ölkəmizdə 29 min 368 nəfər müxtəlif kateqoriyalar üzrə dövlət qulluğunda çalışıb.
Qeyd edək ki, ölkəmizdə dövlət qulluqçularının maksimal sayı 2015 –ci ildə 30 min 123 nəfər olub.
Xatirə, Bizim.Media