“Facebook” və digər sosial media platformalarında baş verən kəsilmədən sonra texnologiya şirkətlərinin indeksləri aşağı düşüb.
Bizim.Media xəbər verir ki, “Facebook”, “Amazon”, “Apple”, “Netflix” və “Google” bir gecədə 243 milyard dollarlıq kapital itirib.
“The Wall Street Journal”-ın xəbərinə görə, bu, 2020-ci ilin oktyabrından indiyədək ən böyük maliyyə itkisi olub.
“Alphabe”-nın itgisi 3 faizdən çox, “Amazon”un 2,85 faiz “Netflix”in 2,6 faiz “Apple”-in 2,4 faiz “Microsoft”-un 2 faizdən bir qədər çox olub.
Ən çox dəyəri isə “Facebook”un qiymətli kağızları itirib. Texnologiya nəhənginin səhmləri 5 faizdən çox aşağı düşüb və kapitallaşması 50 milyard dollar azalıb.
“Facebook” və “Instagram” sosial şəbəkələrinin, habelə “WhatsApp” messencerinin işində yaranan fasilələr nəticəsində şirkətin rəhbəri Mark Zukerberq 6,6 milyard dollar itirib.
Xatirə, Bizim.Media