Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 6.1 faiz bəndi azalaraq 44.7 faiz olub.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, əhalinin müddətli əmanətlərində artım avqust ayında davam edib.
Son ayda müddətli əmanət portfeli 1.5% (78 milyon manat) artıb. Əmanətlərin həcmi 5 miyard 167.5 milyon manat təşkil edib. Bu da 2020-ci ilin mart ayından etibarən ən yüksək göstərici olub.
Xatirə, Bizim.Media