Bu ilin yanvar-iyulunda Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,1% azalaraq 948 manat təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyununda paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 942,3 manata bərabər olub.
Bizim.Media