Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 1098 dolları ötərək rekord vurub.
Bizim.Media xəbər verir ki, bu qiymət London birjasında qeydə alınıb.
Bundan əvvəlki rekord isə 1 gün öncə, sentyabr 29-da hər min kubmetr üçün 1061 dollar olaraq qeydə alınıb.
Qeyd edək ki, qiymət artımı Avropada təbii qaza tələbatın artımı, tədarükün səviyyəsinin aşağı olması və “Qazprom”-un Yeni Urenqoy şəhərində yerləşən zavodunda baş verən qəza ilə əlaqələndirilir.
Xatirə, Bizim.Media