Bu gün avronun manata qarşı məzənnəsi aşağı düşüb. Səhər saatlarında Avropa Birliyinin valyutasının məzənnəsi 1,9724 manata enib. Bu 2021-ci il üçün qeydə alınan minimum göstərici olub.
Bizim.Media xəbər verir ki, ilin əvvəlindən indiyədək avronun manata qarşı məzənnəsində 5,9 faizlik azalma müşahidə edilib.
Onu da qeyd edək ki, dünya birjalarında avro dollar qarışısında dəyər itirir.
ABŞ-da inflyasiyanın səviyyəsinin artması digər valyutaların dollar qarşısında ucuzlaşmağı ilə nəticələnib. Bu prosesin davam edəcəyi gözlənilir.
Xatirə, Bizim.Media