2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda geyim istehsalı azalıb, ayaqqabı istehsalı isə artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 8 ayda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 303,9 milyon manat dəyərində məhsul istehsal edilib.
2020-ci ilin yanvar - avqust ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 56,1 faiz, toxuculuq sənayesində 52,5 faiz artım, geyim istehsalında isə 9,8 faiz azalma müşahidə olunub.
Yanvar–avqust aylarında 734 min cüt ayaqqabı istehsal olunub ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Xatirə, Bizim.Media