Bu ilin yanvar-avqust aylarında Azərbaycan 92 milyon ABŞ dolları dəyərində 37,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə məlumat verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 44,7 % və 3,9 % çoxdur.
Hesabat dövründə alüminium ixracı Azərbaycanın ümumi ixracının 0,71 %-ni təşkil edib.
Bizim.Media