Dünya Bankından Azərbaycana qarşı təxribat - SENSASİYA

Dünya Bankı 16 sentyabrda “Doing Business” reytinqinin dərc olunmasına son verildiyini elan edib. “Doing Business” reytinqi Dünya Bankının 190 ölkədə yerli şirkətlər üçün biznes mühitinin göstəricilərinin qeyd olunduğu beynəlxalq ölçü meyarıdır. Beynəlxalq qurum tərəfindən bu ilin iyun ayında reytinqin yayımlanmasının dayandırıldığını və 2018-2020-ci ilin reytinq göstəricilərində bəzi “uyğunsuzluqların” olması ilə bağlı araşdırma aparılacağı bildirilmişdi. Reytinqin sonlandırılması ilə bağlı verilən qərar Dünya Bankının əməkdaşlarının bəzi qanunsuz fəaliyyətləri ilə bağlıdır.

Sentyabrın 17-də isə Rusiyanın nüfuzlu “Kommersant” qəzetində qalmaqallı məqalə dərc edilib.

Qəzetin məlumatına görə, Dünya Bankı “Doing Business” reytinqlərinin tərtib edilməsini və nəşrini rəsmən dayandırdığını elan edib. Buna səbəb isə bəzi ölkələrin reytinq göstəricilərində süni manipulyasiyaların aparılmasıdır. Reytinq göstəriclərinə süni müdaxilə edildiyi ölkələr arasında Çin, Səudiyyə Ərəbistanı, BƏƏ ilə yanaşı Azərbaycanın da adı hallanır.

“Kommersant” qəzeti bu qərarın beynəlxalq maliyyə qurumlarının tarixindəki ən böyük qalmaqal olduğunu qeyd edir. Məqalədə 2018-ci ilin reytinqində Çinin, 2020-ci il reytinqində Səudiyyə Ərəbistanının göstəricilərinin süni şəkildə şişirdildiyi, 2020-ci ilin müvafiq reytinqində isə Azərbaycanın göstəricilərinin əsassız şəkildə azaldılması ilə bağlı məlumatlara yer verilib.

ABŞ Maliyyə nazirliyindən verilən açıqlamada da Dünya Bankının reytinq strategiyası ilə bağlı problemin çox “ciddi” olduğu bildirilir.

Reytinqlə bağlı baş verən pozuntuların araşdırılması ABŞ-ın “Vilmer Halle” hüquq şirkəti tərəfindən aparıldığı və 15 sentyabr tarixində araşdırmaların nəticəsi ilə bağlı ilkin hesabatın yayımlandığı qeyd olunur. Dünya Bankı tərəfindən reytinqin fəaliyyətinə xitam verilməsində bu hesabatın rolu həlledici olub.
 

Aparılan daxili audit hesabatı nəticəsində aydın olub ki, Çin, Səudiyyə Ərəbistanı, BƏƏ və Azərbaycan reytinq göstəricilərində problem yaşanan əsas ölkələrdir.


Belə ki, 2018-ci ilin reytinqində Çin real göstəricilərə görə 78 olduğu halda, süni şəkildə 85-ə yüksəldiyib. 2020-ci ilin reytinqində isə Səudiyyə Ərəbistanının göstəriciləri 62-dən 63-ə yüksəldilib, Azərbaycanın göstəriciləri isə süni şəkildə azaldılaraq 59-la qiymətləndirilib.

2019-cu ilin avqustunda 2020-ci ilin reytinqinin hazırlanması prosesində Simeon Dyankovun Azərbaycanda aparılan islahatların nəticəsini məqsədli şəkildə nəzərə almadığı müəyyən olunub. Dyankov bunu Azərbaycanda islahatların “dondurulması” iddiaları ilə əsaslandırdığı bildirilir.

Lakin aparılan araşdırmalar nəticəsində bu iddiaların əsassız olduğu, heç bir rəsmi məlumatlara istinad edilmədiyi və Dyankovun şəxsi təşəbbüsü ilə həyata keçirildiyini müəyyən olunub.

Hesabatda eyni zamanda reytinqdəki dəyişikliklərin Dünya Bankının keçmiş rəhbəri Jim Yong Kim, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva və reytinqin yaradıcılarından olan Simeon Dyankovun təzyiqi ilə edildiyi bildirilir. Hələ ki, adı çəkilən şəxslər haqqında hər hansı korrupsiya ittihamı irəli sürülməsə də bir çox ölkənin investisiya mühitini yaxşılaşdırmaq üçün istinad etdiyi reytinqin nüfuzuna ciddi təsir etdiyi qeyd olunur.
 

Dünya Bankı baş verənlərdə indiki və keçmiş əməkdaşların qeyri-etik davranışlarının səbəb olduğunu etiraf edib.


Dünya Bankı reytinqin əvəzinə yeni dərəcləndirmə sistemi hazırlamağı planlaşdırır. Lakin ən son baş verənlərdən sonra bunun nə dərəcədə effektiv və güvənilən olacağı şübhə doğurur.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?

Murad Dadaşov: "Cabirlə bərabər bu gün mən də öldüm"

Murad Dadaşov: "Cabirlə bərabər bu gün mən də öldüm"

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları

Leyla Əliyeva və Arzu Əliyeva Cabir İmanovla bağlı PAYLAŞIM ETDİLƏR - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Cabir İmanovla bağlı PAYLAŞIM ETDİLƏR - FOTO

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a VERİLDİ - FOTO

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a VERİLDİ - FOTO

Tramp Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” ADLANDIRDI

Tramp Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” ADLANDIRDI

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Əfqanıstanda internet KƏSİLDİ

Əfqanıstanda internet KƏSİLDİ

Ayın son günündə hava meteohəssas insanlar üçün necə olacaq?

Ayın son günündə hava meteohəssas insanlar üçün necə olacaq?

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

Ağ Ev Trampın Qəzza üzrə sülh planını TƏQDİM ETDİ: Müharibə bitəcək…

Ağ Ev Trampın Qəzza üzrə sülh planını TƏQDİM ETDİ: Müharibə bitəcək…

Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO

Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO

“Sərhədçi” amerikalı legionerlə müqavilə İMZALADI

“Sərhədçi” amerikalı legionerlə müqavilə İMZALADI

Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” - FOTO

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” - FOTO

“Bu gün böyük gündür” - Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

“Bu gün böyük gündür” - Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

Baş ağrısı ciddi xəstəliklərin əlaməti ola bilər - DİQQƏTLİ OLUN!

Baş ağrısı ciddi xəstəliklərin əlaməti ola bilər - DİQQƏTLİ OLUN!

ABŞ və İsrail Qəzza ilə bağlı RAZILIĞA GƏLDİ - VİDEO

ABŞ və İsrail Qəzza ilə bağlı RAZILIĞA GƏLDİ - VİDEO

Qubad İbadoğlunun işi ilə bağlı saxlanılan Fazil Qasımov barəsində MƏHKƏMƏ QƏRARI

Qubad İbadoğlunun işi ilə bağlı saxlanılan Fazil Qasımov barəsində MƏHKƏMƏ QƏRARI

Mutvalı Şıxlinskinin həbs müddəti yenə UZADILDI

Mutvalı Şıxlinskinin həbs müddəti yenə UZADILDI

“Lənkəran”dan son TRANSFER

“Lənkəran”dan son TRANSFER

End of content

No more pages to load

RADİO