G20 liderləri zirvənin yekun bəyannaməsini imzalayıblar
Bizim.Media “Ria Novosti” yə istinadla xəbər verir ki, əsas hədəflər pandemiyanın nəticələrinin aradan qaldırılmasına yönəldilib.
Bəyannamədə aşağıdakılar qeyd edilib:
Qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək, maliyyə sisteminin sabitliyini artırmaq;
Pandemiya şəraitində inkişaf etməkdə olan ölkələri dəstəkləməyə davam etmək;
ÜST-ün effektivliyini artırmaq;
Ekonomik iqtisadi artım üçün enerji mənbələrinin fasiləsiz tədarükünü təmin etmək.
Liderlər, eyni zamanda, kasıb ölkələrin borc ödənişlərinə qoyulan moratoriumun 2021-ci ilin iyun ayına qədər uzadılması təşəbbüsünü də təsdiqləyiblər.
Bizim.Media