Bu il SARIMSAQ, gələn il SOĞAN – Aqrar sahədə xaos nə qədər davam edəcək?

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında xaotik durum hökm sürməkdədir.

Sadə dillə desək, kim nə istəyirsə əkir, əhalinin təlabatının ödənilməsi ilə bağlı hər hansı tənzimlənmə aparılmır.

Bunun nəticəsi olaraq bazarda yüksək qiymətlərlə üzləşirik. Və bəzən də fermerin əkdiyi məhsul onun maya dəyərini ödəməmiş olur, ifrat “bolluq” yaranır.

Kənd Təsərrüfatı Nazirliyindən tənzimləmənin niyə olmaması ilə bağlı suala cavab olaraq, ölkədə liberal iqisadiyyatın hökm sürməsi, azad sahibkarlığın olması əsas gətirilir. Amma nəzərə alınmır ki, bazar iqtisadiyyatı sistemlərinin çoxdan oturuşduğu ölkələrdə belə, tənzimləmə mövcuddur və bu, ciddi inkişafa yol açıb.

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, dünyanın əksər inkişaf etmiş ölkələrində kənd təssərüfatı məhsullarının istehsalında planlaşdırma aparılır: 

“Plan dedikdə, burada Sovetlər dönəminin şablon planlaşması nəzərdə tutulmur. Məsələn, ABŞ-da kartof istehsalında formalaşmış təcrübəyə nəzər salmaq olar. Hökumət kartof istehsalında məhsul mövsümünə az qalmış, məhsuldarlığın nə qədər olacağının monitorinqini aparır - əgər məhsuldarlıq normadan çoxdursa, məhsulun artıq hissəsini fermerlərdən alır. Onu ya başqa ştata, ya da xaricə ixrac edirlər. Əgər məhsuldarlıq təlabatdan az olacaqsa, onun çatışmayan hissəsi kənardan alaraq, mövsüm başlayana qədər bazara çıxarırlar ki, kartof ucuzlaşmasın. Əsas təlabat məhsullarının hamısında bu cür tənzimlənmə aparılır”.

İqtisadçı deyir ki, bu cür tənzimlənmə fermerlərin öz sahələrini dəyişməməsinə və ixtisaslaşmasına gətirib çıxarır: 

“Bu isə yüksək keyfiyyətli məhsulun istehsalına səbəb olur.  Eləcə də inkişaf etmiş ölkələrdə siyasət belə qurulur ki, kənd təsərüfatının ümdə vəzifəsi yerli təlabatı ödəməkdir. Fermerin öz ixtisaslaşdığı sahədən ayrılmaması üçün ona dotasiyalar ayrılır”.

Akif Nəsirli deyir ki, Azərbaycanda tənzimləmənin olmaması aqrar sahənin inkişafını ləngidən əsas amillərdən biridr: 

“Bir neçə il əvvəl sarımsağın qiyməti 12 manata qalxmışdı, o biri il fermerlər bunu görüb, kütləvi şəkildə sarımsaq əkməyə başladılar, sonrakı il isə sarımsaq 50 qəpiyə düşdü”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

End of content

No more pages to load

RADİO