Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan etdi

Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir. 

Bizim.Media xəbər verir ki, müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

Müsabiqənin başlanması haqqında elan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında dərc edilir.

Ərizə qəbulu prosesi elanın verildiyi tarixdən etibarən başlanır və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.

İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq.

Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.

Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr –VİDEO

BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 30 sentyabrda baş vermiş tarixi hadisələr

Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR

Xavi "Mançester Yunayted"i çalışdırmağa HAZIRDIR

"Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin"

"Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin"

Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

Nazir: “Məktəbdə innovasiya öyrədilə bilər, əsas məsələ onun hansı üsullarla həyata keçiriləcəyidir”

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Səudiyyə Ərəbistanı klubu Yurgen Kloppu HƏDƏFLƏDİ

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?

Murad Dadaşov: "Cabirlə bərabər bu gün mən də öldüm"

Murad Dadaşov: "Cabirlə bərabər bu gün mən də öldüm"

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları

Azərbaycan medal sıralamasında ikinci pilləyə yüksəldi - III MDB Oyunları

Leyla Əliyeva və Arzu Əliyeva Cabir İmanovla bağlı PAYLAŞIM ETDİLƏR - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Cabir İmanovla bağlı PAYLAŞIM ETDİLƏR - FOTO

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a VERİLDİ - FOTO

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu "BakuBus"a VERİLDİ - FOTO

Tramp Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” ADLANDIRDI

Tramp Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “axmaq qərar” ADLANDIRDI

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

Əlləri olmayan qız dünya çempionu oldu - VİDEO

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Cavan Zeynallının ilk evliliyindən qızı var?

Əfqanıstanda internet KƏSİLDİ

Əfqanıstanda internet KƏSİLDİ

Ayın son günündə hava meteohəssas insanlar üçün necə olacaq?

Ayın son günündə hava meteohəssas insanlar üçün necə olacaq?

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

“Bavariya” Vlahoviçi transfer etmək istəyir

Ağ Ev Trampın Qəzza üzrə sülh planını TƏQDİM ETDİ: Müharibə bitəcək…

Ağ Ev Trampın Qəzza üzrə sülh planını TƏQDİM ETDİ: Müharibə bitəcək…

Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO

Madaqaskar Prezidenti etirazlar fonunda hökuməti BURAXDI - VİDEO

“Sərhədçi” amerikalı legionerlə müqavilə İMZALADI

“Sərhədçi” amerikalı legionerlə müqavilə İMZALADI

Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Məşhur cipsi yeyənlərə XƏBƏRDARLIQ: Uyğunsuzluq aşkarlandı - FOTO

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” - FOTO

Afaq Bəşirqızı: “Gözləyirəm ki, zəng edib “bu bir zarafatdır” deyəcəksən” - FOTO

“Bu gün böyük gündür” - Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

“Bu gün böyük gündür” - Tramp Netanyahu ilə görüşün detallarını AÇIQLADI

“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

“Barselona” ispaniyalı futbolçu ilə müqaviləni UZATDI

End of content

No more pages to load

RADİO