Mərkəzi Bankın məlumatlarına görə, 2021-ci il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 67,1 milyon manat təşkil edib.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, onun 12 milyard 461,4 milyon manatı uzunmüddətli kreditlərdir.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,0 faizini təşkil edir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 635,2 milyon manat təşkil olub.
Xatirə, Bizim.Media