Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edildi

İyulun 29-da maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan üzrə İcraçı direktor Antoni Makdonald ilə video-konfrans formatında görüş keçirib.

Bizim.Media bildirir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması, pandemiya ilə mübarizə və onun ölkə iqtisadiyyatına təsirlərinin aradan qaldırılması ilə bağlı görülən işlər, habelə ölkədə yüksək templə aparılan peyvəndlənmə prosesi barədə məlumat verib.

Antoni Makdonald nazirin diqqətinə çatdırıb ki, AİB-nın Direktorlar Şurası Azərbaycan hökumətinin pandemiya dövründə riskləri düzgün təhlil edərək 2020-ci ildə həyata keçirdiyi qabaqlayıcı tədbirləri və bu günədək “COVID-19”la mübarizə sahəsində görülən işləri ölkənin daxili imkanları hesabına maliyyələşdirilməsini yüksək qiymətləndirib.

O qeyd edib ki, məhz buna görə də koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə artıq 2021-ci ildə 250 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair qərar bankın Direktorlar Şurası tərəfindən yekdilliklə dəstəklənib.

Görüşdə AİB-nın növbəti illərdə bir sıra mühüm istiqamətlər üzrə daxili siyasətlərin formalaşdırılması, o cümlədən yeni çağırışlara müvafiq bankın daxili satınalma qayda və prosedurlarına yenidən baxılması, ekoloji cəhətdən təmiz “yaşıl enerji”yə keçidin dəstəklənməsi çərçivəsi, “COVID-19” pandemiyasının davam etməsi şəraitində üzv ölkələrə əlavə olaraq göstəriləcək yardım proqramları və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

End of content

No more pages to load

RADİO