Bu il pambıq yığımında 10 min ton artım var.
Bunu Bizim.Media -ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Noyabrın 18-nə olan operativ məlumata görə, fermerlər sahələrdən 305 min tondan artıq məhsul yığaraq qəbul məntəqələrinə təhvil veriblər:
“Bu, ötən ilin yekun göstəricisindən 10 min ton çoxdur. Hazırda pambıq üzrə orta məhsuldarlıq göstəricisi 30,55 sentner təşkil edir. Yığımın optimal müddətdə başa çatdırılması nəzərdə tutulur”.
Gülşanə Mustafayeva, Bizim.Media