İsveçrə 2022-2025-ci illər ərzində Cənubi Qafqaz üçün regional əməkdaşlıq strategiyası hazırlayır və bu çərçivədə İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanda iqtisadi əməkdaşlıq layihələrinə təxminən 11 milyon İsveçrə frankı (12 milyon ABŞ dolları) ayırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı SECO yayıb.
"SECO Azərbaycanda investisiya mühiti və aqrobiznesin rəqabətqabiliyyətliliyi layihəsinə maliyyə dəstəyi verir.
Bu, Dünya Bankı Qrupunun Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən həyata keçiriləcək. Layihə Azərbaycan hökumətinə iqtisadiyyatın şaxələndirilməsində və rəqabət qabiliyyətinin artırılmasında dəstək olacaq”, deyə qurumdan bildirilib.
Bizim.Media