"Gazprom export" 700 min kubmetr qazın Elektron Ticarət Platforması (ETP) vasitəsilə Türkiyəyə satılmasına dair ilk müqaviləsini imzalayıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.
"Gazprom export" 11 noyabr 2020-ci il tarixində ETP-də ticarət sessiyası çərçivəsində 2020-ci ilin dekabr ayında "Malkoçlar" məntəqəsinə çatdırılmaqla təbii qaz satışına dair müqavilə imzalayıb. Satılan qazın həcmi təxminən 700 min kubmetr təşkil edib.
Bu, Rusiya qazının Türkiyə bazarına çıxarılması üçün ETP vasitəsilə keçirilən ilk əməliyyatdır", - şirkətin açıqlamasında deyilir.
Bizim.Media