Enerji şirkətləri milyardlıq paylarını satır - SƏBƏB 

Dünən OPEC+ toplantısı ləğv edildikdən sonra neft son illərdə ən yüksək qiymətinə çatıb - bir barelə görə 77 dolları keçib. Diqqət daha çox qiymətlərə yönəldiyindən, Böyük Neft (Big Oil) oyununda əsas iştirakçıların yavaş-yavaş meydandan çəkilməsi isə gözdən qaçıb.  

Bizim.Media xəbər verir ki, ABŞ-ın ExxonMobil və Chevron, Avropanın isə BP, Royal Dutch Shell, Total və Eni kimi nəhəngləri təkcə 2018-ci ildən bəri 28 milyard dollardan çox pay satıb.

Növbəti illərdə isə əlavə 30 milyardlıq paylarını satmağı planlaşdırırlar. 

Wood Mackenzie enerji məsləhətçi şirkəti hazırda qlobal miqyasda satışa çıxarılacaq aktivlərin dəyərinin 140 milyard dollardan çox olduğunu bildirir. İri neft nəhəngləri son illərdə qlobal istiləşməni sürətləndirdikləri və daha çox zəhərli qazların emissiyasına səbəb olduqları üçün ciddi tənqid və təzyiqlərlə üzləşib. McKinsey-in araşdırmasına görə, istixana effekti yaradan qazların 42%-i neft və qaz sənayesinin payına düşür. Üstəgəl, 2014-cü ildən bəri neft qiymətlərinin sürətlə ucuzlaşması, ötən ilki pandemiyada isə hətta mənfiyə düşməsi şirkətləri müəyyən aktivlərdən “xilas olmağa” vadar edir. 

ExxonMobil bu ilin fevralında Şimal dənizindəki neft biznesinin bir hissəsini Norveçin özəl investisiya qrupu HitecVision-a 1 milyard dollara satıb.

Həmin ay Taylandın PTT şirkəti BP-dən Oman qaz blokundakı payın 20%-ni 2,6 milyard dollara alıb. May ayında isə Shell Filippindəki qaz yatağında malik olduğu payları 460 milyon dollara yerli Udenna Group-a ötürüb. 

Görünən odur ki, növbəti 10-20 il ərzində ənənəvi nəhənglər neft-qaz bazarından iri həcmdə çəkiləcək və onların yerini milli şirkətlərlə özəl investorlar tutacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Apreldə pul problemi yaşaya biləcək BÜRCLƏR

Apreldə pul problemi yaşaya biləcək BÜRCLƏR

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Abas Miskərliyə yüksək vəzifə verildi

Abas Miskərliyə yüksək vəzifə verildi

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Avtobus qəza törədərsə... – Sərnişinlərə sığorta ödənişi bu qaydada EDİLƏCƏK

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ

Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Cevdet Yılmaz: "Azərbaycanla Ermənistan arasında davamlı sülh təmin olunmalıdır"

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

TDT ölkələrinin hökumət başçıları İlham Əliyevin qəbulunda – FOTO

TDT ölkələrinin hökumət başçıları İlham Əliyevin qəbulunda – FOTO

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq HƏYATINI İTİRDİ

Bakıda 17 yaşlı qız 10-cu mərtəbədən yıxılaraq HƏYATINI İTİRDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

Əli Əsədov: "Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir"

Əli Əsədov: "Türkiyə və Özbəkistan millilərinin dünya çempionatına vəsiqə qazanması Türk dünyasının zəfəridir"

End of content

No more pages to load

RADİO