“Kontakt” 28 Mall-a gəldi: YENİ MƏHSULLAR TAM FƏRQLİ FORMATDA

Paytaxtın ən gur nöqtələrindən biri olan 28 Mall bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi etdi: “Kontakt” mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı 28 Mall mağazasının qapılarını müştərilərinin üzünə açıb.

Şəbəkənin çoxdandır gözlənilən 28 Mall mağazasının açılış tədbirində müğənni Mərdan Kazımovun musiqili çıxışı, hədiyyəli müsabiqələr ziyarətçilərə sevinc dolu anlar yaşadıb. Bu mağaza bir çox səbəblərə görə Bakının alış-veriş xəritəsində ən çox ziyarət edilənlərdən biri olacaq. 

GENİŞ MƏHSUL ÇEŞİDİ – TAM FƏRQLİ FORMATDA

Şəhərin mərkəzində - 28 Mall-ın birinci mərtəbəsində yerləşən bu mağaza bol çeşidli bir elektronika ünvanı olmaqla yanaşı, həm də alış-verişin tamamilə yeni bir formatıdır. Çünki burada rəqəmsal məhsullar, böyük və kiçik məişət avadanlıqları, mebel, ev tekstili, qab-qacaq kimi klassik kateqoriyalarla yanaşı, çoxlarını təəccübləndirəcək musiqi alətləri və günəş eynəkləri təqdim olunur. Yəni, indi elektronika mağazası gəlib gitara, pianoya kimi musiqi alətləri ilə qulaq zövqünüzü, eynəklər ilə isə göz zövqünüzü oxşaya bilərsiniz. 

UNİKAL DİZAYN VƏ MAKSİMUM RAHATLIQ 

“Kontakt” 28 Mall mağazasının fərqliliyi təkcə məhsul çeşidliliyi ilə bitmir. Buranın geniş, işıqlı interyeri insanı darıxdırmır, alış-verişi daha zövqlü bir prosesə çevirir. Necə deyərlər, adamın gəzdikdə gəzəsi gəlir. Burada sanki hər kəs üçün ayrıca düşünülmüş bir konsept var. Məsələn: böyüklər rahatlıqla seçim edə bilsinlər deyə balacalar “Uşaq zonası”nda əyləncə dolu anlar yaşayır.

AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR 

Mağazanın açılış gününü bayram ab-havasında tamamlayan əsas məqam isə  müştərilərin sərfəli fürsətlərdən yararlanması olub. Çünki bu mağazada açılışa özəl nağd alışda 60%-dək endirimlər var. Üstəlik, sentyabrın 21-dək istədiyiniz məhsulun endirimli qiymətini 24 ayadək bölüb rahatlıqla ödəmək də mümkündür. 

Açılış kampaniyası hələ davam edərkən: 

• Amoled ekranlı Poco M7 Pro smartfonunu 650 yox, 500 manata; 

• RYZEN 5 prosessorlu Lenovo İdeaPad notbukunu 1400 yox, 800 manata;

• 6,5 kq həcmə malik Samsung paltaryuyanını 1150 yox, 750 manata; 

• Quru və nəm səthi təmizləyə bilən Xiaomi X20 Pro robot tozsoranını isə 3000 yox, 950 manata almaq şansınız var. 

Beləliklə, bütün bu təklifləri və daha çoxunu öz gözlərinizlə görmək üçün böyük açılış fürsətləri bitmədən 28 Mall-un birinci mərtəbəsində yerləşən yeni “Kontakt” mağazasına baş çəkməyiniz məsləhətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

iPhone istifadəçilərinin NƏZƏRİNƏ: Təcili iOS-u yeniləyin

End of content

No more pages to load

RADİO