Ötən ay İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda müsadirə edilmiş maldarlıq ferması satışa çıxarılıb.
Bizim Media Xidmətə istinadən xəbər verir ki, 40 000 manat start qiyməti qoyulan əmlak elə bu qiymətə də satılıb. Həmin ferma Göygöl rayonunda fəaliyyət göstərir.
Qeyd edək ki, hərracda dövlət nəfinə müsadirə edilərək, satışa çıxarılan digər əmlakların siyahısı belədir:
Mercedes-Benz 230 markalı avtomobil – 1250 manat (start qiymət), 1270 manat (satış)
"Qazel" markalı avtomobil – 1750 manat (start və satış qiyməti)
Mebel dəsti, soyuducu, televizor – 210 manat (start və satış qiyməti)
"HP" markalı printer – 7,5 manat (start və satış qiyməti)
Xatirə, Bizim.Media