AZAL-ın İNHİSARÇILIĞI – Azərbaycanın hava məkanında “uçan” QİYMƏTLƏR

Son zamanlar Azərbaycan Hava Yollarının bel qıran qiymətləri ətrafında gedən söz-söhbət səngimək bilmir. 

Əl yandıran biletlər...

Vətəndaşların ən çox şikayət etdikləri isə aviabilet qiymətlərinin qonşu ölkələrə görə çox baha olmasıdır. Şikayətçilər bildirirlər ki, bu səbəbdən də xarici ölkələrə səfər etmək arzuları onlar üçün xəyal olaraq qalır. Bir qism isə səyahət etmək arzularından asanlıqla əl çəkmədən qonşu ölkəyə Gürcüstana üz tuturlar.
 

MÖVZU İLƏ BAĞLI:

AZAL Milli Məclisdə tənqid edildi - “Biletlər başqa ölkələrdən qat-qat bahadır”


Bəzi iqtisadçılar düşünür ki,  AZAL ölkədə aviabiznes sahəsində yeganə və rəqabətsiz inhisarçı şirkət olduğu üçün aviabilet qiymətlərini istədiyi kimi tənzimləyə bilir.  Bu isə aviabiletləri aztəminatlı insanlar üçün əlçatmaz olmasına səbəb olur.

Sirr deyil ki, Gürcüstandan bilet almaq Azərbaycana nisbətdə qat-qat ucuzdu, elə bu səbəbdən də bəzi Azərbaycan vətəndaşları səyahət etmək üçün məhz bu ölkəyə üz tuturlar. 

Cavabsız qalan suallar...

Niyə aviabiletlər Gürcüstandan İstanbula 300 - 350 manata Bakidan isə 700-800 (400-450 ABŞ dolları) manat civarındadır? 

Bizim.Media məsələ ilə bağlı bir neçə ekspertin fikrini öyrənməyə çalışıb. Ekspertlərin fikrincə, aviabiletlərin baha olmasına görə, Azərbaycan hər zaman qonşu ölkələrlə müqayisədə çox  fərqlənib. 

“Lakin pandemiya səbəbilə olan qapanmalardan sonra birdən-birə biletlərdə böyük bahalaşmalar oldu. Qurum indiyə qədər bu bahalaşmanın səbəbləri haqqında məlumat verməyib. Adi Bakı - İstanbul - Bakı reysi 700-800 manat arasında formalaşır. Bir çox ictimai xadim, iqtisadçı və KİV nümayəndələri dəfələrlə bu məsələni qaldırıblar. Lakin indiyə qədər biletlərin necə formalaşması haqqında heç bir açıqlama yoxdur”. 

AZAL-ın pis nümunəsi

Mütəxəssislərin sözlərinə görə AZAL-da qiymətlərin baha olması digər şirkətlərin bilet siyasətinə də təsir edir. Onlar düşünürlər ki, belə olduğu təqdirdə Azərbaycanda olan başqa aviaşirkətlərin də bilet qiyməti yüksəlir. 

“AZAL-da qiymətlər baha olduğu üçün, “Türk Hava Yolları” da  bilet dəyərlərini aşağı endirməkdə maraqlı deyil. Məsələn THY-də Tiflis - İstanbul - Tiflisə olan uçuş bileti 300-350 manat (200 ABŞ dolları) civarındadır. Bakı ilə Tiflisin 30-40 dəqiqə fərqi var. Belə olduğu təqdirdə bizdə bu qiymət təxmini 400-450 manat olmalıdır. Lakin Bakıdan İstanbul uçuşuna olan qiymətlər 700-800, bəzi hallarda isə 900 manata qədər yüksəlir. Yəni bu 30 dəqiqənin bu qədər yüksək qiyməti var?”

Yaranmış vəziyyət aşağı büdcəli biletlərin də əldə olunmasında problemlər yaradıb. Ekspertlərin fikrincə AZAL-ın pis nümunəsi bütövlükdə bu sistemi qarışdırıb. 

“Aşağı büdcəli biletlər satan “Buta Airways” şirkətində qiymətlər nisbətən fərqlidir. Lakin orada da elə bir şərtlər var ki, bu da müəyyən dərəcədə onların biletlərini də əlçatmaz edir. Məsələn Butada sistemdə bilet satışları açıldıqdan 1 saat sonra 2 ay öncədən də bilet tapmaq mümkün olmur. May ayında avqustun sonuna ancaq bilet tapmaq olur. Bu da həm sərnişinlər, həm də turizm şirkətləri arasında haqlı narazılığa səbəb olur”.

Ekspertlər bildirir ki, hazırda AZAL-ın bu cür başdan qazanmaq cəhdləri turizm və digər sahələrdə böyük dövriyyələrin yaranmasına və çox qazanc əldə olunmasına mane olan ilk səbəblərdən biridir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək - XƏBƏRDARLIQ

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Xaçmazdakı qəzalı körpü YENİLƏNİR – VİDEO

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Ağcabədi sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan etibarən...

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Əfqan Cəlilov donanma rəisini işdən çıxardı

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

Beyləqanda “yarışan” avtomobillər qəza törətdi – Yaralıların SON DURUMU

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

İran bu ölkənin gəmilərinə Hörmüzdən keçməyə icazə verəcək

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

Maliyyə Nazirliyindən Qərbi Kaspi Universitetindəki pul tələbi ilə bağlı AÇIQLAMA

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

“TikTok”da Azərbaycanla bağlı YENİLİK - FOTO

Bakı metrosuna YENİ qatarlar alınacaq

Bakı metrosuna YENİ qatarlar alınacaq

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

Akademik: “Süni intellektin mətnləri mütəxəssislərin hazırladığından daha obyektiv olur”

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ-a CAVAB: "Hollivud düşüncənizi təhrif edib"

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

İrandan ABŞ və İsrailə cavab zərbəsi: Yaxın Şərqdəki zavodlarını bombaladı - VİDEO

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Türkiyəyə məğlub olan Rumıniya millisi baş məşqçini yola saldı

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Ərini ad günündə öldürmüşdü - İl yarım həbs verildi

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Bağça müəllimlərinin yerdəyişməsi başlayır

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Sumqayıtda 6 uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - VİDEO

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Qanlı Göl ərazisində kompleks yenidənqurma işləri görüləcək

Xanımı Bəşər Əsəddən boşanır?

Xanımı Bəşər Əsəddən boşanır?

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

Ermənistanda Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırıldı

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Messi paylaşım etdi - Görüntülərdə Ronaldo da var -FOTO/VİDEO

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Başqasının qulaqcıqlarından istifadə niyə bu qədər təhlükəlidir?

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

Şöhrət Süleymanlı bu vəzifəyə təyin olundu

End of content

No more pages to load

RADİO