Bir vaxtlar dəbdə idi, indi diqqətdən kənarda qalıb – İstiqrazlarla bağlı MÜƏMMALI VƏZİYYƏT

Bu gün maliyyə bazarında kifayət qədər qiymətli kağız- istiqraz var. Lakin istiqrazlara maraq daha əvvəlki kimi deyil. Bir zamanlar insanlar banka əmanət qoymaqla yanaşı, həm də istiqraz vərəqələrini alıb yatırım kimi evdə saxlayırdılar.

Ən maraqlısı da o idi ki, həmin istiqrazları vətəndaş həm “qara bazar”da, həm də banklarda rahatlıqla sata və dəyişə bilirdi. Amma bu gün “qara bazar”da istiqrazlara maraq yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

 İstiqrazlarla bağlı YENİ MODEL – "Bu halda qazanc əldə edə bilməyəcəklər"


Banklarda da vəziyyət istənilən səviyyədə deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, istiqrazların alınıb-satılması bazarın likvidliyindən, yəni alıcı və satıcıların fəallığından asılıdır:

“Bir vaxtlar istiqrazları daha rahat satmaq mümkün idisə, indi çətinləşməsinin bir neçə əsas səbəbi ola bilər.

İstiqrazların qiyməti bazarda mövcud faiz dərəcələri ilə tərs mütənasibdir. Əgər hazırda bankların depozit faizləri və ya dövlət istiqrazlarının gəlirliliyi artıbsa, köhnə istiqrazların cəlbediciliyi azalır. Bu halda həmin istiqrazları satmaq çətinləşir, çünki alıcı yeni buraxılan daha yüksək gəlirli kağızlara üstünlük verir.

Bazarda investorların istiqrazlara marağı zəifləyə bilər. Məsələn, insanlar daha çox daşınmaz əmlaka, valyutaya və ya bank depozitlərinə yönələndə, istiqraz bazarında alıcıların sayı azalır”.

“İnvestorlar bəzi hallarda istiqrazlardan qaçırlar”...

Müsahibimiz onu da qeyd edib ki, dövlət istiqrazlarının bazarı nisbətən aktivdir, amma korporativ (şirkətlərin) istiqrazları çox vaxt likvid olmur:

“Çünki bu istiqrazları alanlar əsasən sonuna qədər saxlamağı seçirlər. İkinci bazarda isə alıcı tapmaq çətinləşir. Azərbaycanda istiqrazların ikinci bazarı hələ tam inkişaf etməyib. Yəni istiqrazı satmaq istəyəndə birjada dərhal qarşı tərəf tapmaq olmur. Əvvəllər Mərkəzi Bank və ya bəzi dövlət qurumları bu bazarı stimullaşdırırdı, indi isə həmin mexanizmlər zəifləyib.

Şirkət istiqrazlarında defolt (ödəmə qabiliyyətsizliyi) riski artdıqda investorlar həmin kağızlardan qaçırlar. Hətta dövlət istiqrazları belə, bəzən daha aşağı faizlə buraxıldıqda, əvvəlkilərin dövriyyəsi dayanır.


Əvvəl istiqraz bazarında daha çox alıcı marağı və yüksək likvidlik vardı. İndi isə faiz dərəcələrinin yüksəlməsi, investorların maraq yönünün dəyişməsi və ikinci bazarın zəif inkişafı səbəbindən onları satmaq çətinləşib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

"Qadın müğənniyə azadlıq versən cızığından çıxar"

End of content

No more pages to load

RADİO