Dövlət büdcəsinin icrasında bir sıra risklərlə bağlı XƏBƏRDARLIQ

Hesablama Palatası (HP) 2025-ci ilin ilk yarısına dair dövlət büdcəsinin icrası üzrə təhlillərində bir sıra risklərlərlə bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Palatanın hesabatında bildirilib.

Qeyd edilib ki, gəlirlərin illik artımında əsas pay daha çox neft gəlirlərinə aiddir. Belə ki, dövlət büdcəsinin gəlirləri 2025-ci ilin 6 ayında 961,1 mln. manat artıb ki, bunun da 728,9 mln. manatı və ya 75,8%-i neft gəlirləri (əsasən də DNF) hesabına təmin edilib.

Digər məsələ gəlirlərin icrası zamanı hüquqi aktlarda dəyişikliklərin diqqətdə saxlanılmamasıdır: "2025-ci ilin 6 ayında da dövlət büdcəsinin gəlirlərinə ləğv edilmiş dövlət rüsumu (1,2 mln. manat) daxil edilmiş, “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər diqqətdə saxlanılmayıb”.

Palata həmçinin vurğulayıb ki, bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı olması davam edir. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 17,1 mlrd. manat icra edilib ki, bu, cari il üçün təsdiq edilmiş məbləğin 41,3%-ni təşkil edir.

HP bundan əlavə, qanunvericilikdə təsbit edilmədiyi halda vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilməsini də risk hesab edir: "Hesabat dövründə 1395,4 mln. manat olmaqla, vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına vəsait yönəldilib. “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait yönəldilməsi nəzərdə tutulmayıb” .

Digər tərəfdən, Təminat Fonduna qaytarılması nəzərdə tutulan məbləğ aşağı icra edilib.

Təminat Fondundan ödənilmiş vəsaitlərin 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 mln. manatdan cari ilin 6 ayında 10,7 mln. manat qaytarılıb, bu, ümumi proqnozun 5,3%-ni təşkil edib.

Palata əlavə edib ki, qapalı hərrac mexanizminin tətbiqinin uzunmüddətli perpektivdə risklərə səbəb olur: " 2025-ci ilin ilk yarısında həyata keçirilmiş qapalı hərrac əməliyyatları qısamüddətli öhdəliklərin idarə olunmasında və borc portfelinin dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edib, həmçinin uzunmüddətli istiqrazların emissiyası vasitəsilə bazarda maliyyə sabitliyinin gücləndirilməsi və qısamüddətli risklərin azaldılması baxımından effektiv alət kimi çıxış edib. Lakin bazara yeni investorların cəlb edilməməsi maliyyə axınlarının əsasən dövlət qurumları arasında dövr etməsinə gətirib çıxarıb, bu isə likvidlik imkanlarını məhdudlaşdırmaqla yanaşı borc bazarının şaxələnməsi potensialını azaldaraq əməliyyatın davamlılığının qiymətləndirilməsində ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarıb” .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

End of content

No more pages to load

RADİO