Qızılın qiymətində rekord artım - Azərbaycanda da BAHALAŞDI

Son aylarda dünya bazarlarında qızılın qiymətində rekord artım qeydə alınıb. Ötən gün də əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,33% artaraq 3 618,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,37% artaraq 41,57 ABŞ dolları olub.

Qızılın qiymətinin bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib.

Bizim.Media xəbər veirr ki, “Modern.az”a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, Azərbaycan bazarında bütün əyarlı qızıl növlərində bahalaşma qeydə alınıb.

Sədr müavininin sözlərinə görə, hazırda 585 əyarlı qızıl – 130–150 AZN, 750 əyarlı qızıl – 170–200 AZN, 999.9 əyarlı qızıl (əsasən külçə və sikkələr) – 210–220 AZN aralığında satılır.

O bildirib ki, bu göstəricilər son illərin ən yüksək səviyyəsi kimi dəyərləndirilir:

“Müqayisə üçün, 2024-cü ilin sentyabrında qızılın satış qiymətləri hazırkı rəqəmlərlə müqayisədə xeyli aşağı olub. Nəticə etibarilə, son bir il ərzində ölkəmizdə qızılın qiymətləri təxminən 60 faiz artım nümayiş etdirib”.

R.Əmircanov vurğulayıb ki, qızılın qiymətində davamlı artım əsasən qlobal iqtisadi-siyasi qeyri-müəyyənliklərlə, xüsusən də FED-in faiz siyasəti və ABŞ-ın tarif qərarları ilə bağlıdır:

“Mərkəzi bankların alışları da qiymət artımına təsir göstərən əsas amillərdəndir, son illərdə aparıcı ölkələrin ehtiyatlarını artırması bazarda tələbi yüksəldib”.

O həmçinin söyləyib ki, bununla yanaşı, investisiya maraqlarının artması da diqqətdən kənarda qalmır:

“Qlobal risklər fonunda qızıl həm dövlətlər, həm də iri investorlar üçün ən etibarlı aktivlərdən biri kimi qəbul edilir və bu da bazarda qiymətlərin bahalaşmasını şərtləndirir”.
 

Rövşən Əmircanov onu da əlavə edib ki, dünya bazarında qızılın qiymətinin 3 600 ABŞ dollarına qədər yüksəlməsi ölkəmizdə də bütün əyarlı qızıl növlərində satış qiymətlərinin tarixi rekordlara yaxınlaşmasına səbəb olub:


“Hazırkı şəraitdə qızılın bahalaşması həm beynəlxalq iqtisadi-siyasi risklərlə, həm də mərkəzi bankların ehtiyat siyasəti ilə sıx bağlıdır. Paralel olaraq, gümüşün qiymətində də davamlı artım müşahidə olunur. Hazırda beynəlxalq bazarlarda 1 unsiya gümüşün dəyəri 41 ABŞ dollarını ötüb və aparıcı analitiklərin proqnozlarına görə, yaxın dövrdə bu göstəricinin 45 dollar səviyyəsinə yüksəlməsi ehtimal edilir. Gümüş bazarındakı bu dinamika təkcə maliyyə sektorunda ona olan marağın artması ilə deyil, həm də sənaye sahələrində genişlənən tələbatla izah olunur.

Gümüşün zərgərlik və sənayedə geniş istifadəsi onun qiymətini artırır və yaxın illərdə tələbatın daha da yüksələcəyi proqnozlaşdırılır”,- deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

Paşinyan uşaqlara “real Ermənistan” xəritəsi hədiyyə etdi - VİDEO

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

İran Təl-Əvivi yeni ballistik raketlərlə VURDU

End of content

No more pages to load

RADİO