Kredit borcu olan şəxslərin nəzərinə

Azərbaycanda kredit götürmək artıq bir çox insan üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Amma borcun vaxtında ödənməsi hər zaman asan olmur və gecikmələr, maliyyə çətinlikləri insanların tez-tez qarşılaşdığı problemlərdəndir.

Bəs ödənilməyən kreditə görə vətəndaş həbs oluna bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə və digər əlaqədar qanunvericilik aktlarında bu məsələ tənzimlənir.

Onun sözlərinə görə, götürülən kredit qarşı tərəfin, yəni bank və ya kredit təşkilatının aktivi, daha ümumi desək, əmlakı hesab olunur.

Bu səbəbdən də qəsdən, imkanı olduğu halda kredit borcunu ödəməmək müəyyən hallarda cinayət məsuliyyəti yarada bilər və bu, həbs qətimkan tədbirinin seçilməsi ilə nəticələnə bilər:

“Qanunvericiliyə əsasən, belə hallarda şəxs 3 ilədək azadlıqdan məhrum edilə bilər. Lakin bu, çoxşaxəli və mürəkkəb bir prosesdir. Həbs qətimkan tədbirinin seçilməsi bir sıra hallarda mümkün olur.

Məsələn, kreditin əldə olunması məqsədilə məlumatların saxtalaşdırılması, öhdəlikdən yayınmaq üçün bilərəkdən və ya qəsdən aktivlərin özgəninkiləşdirilməsi halları müəyyən olunarsa və bu hallar məhkəmə tərəfindən sübuta yetirilərsə, həmin əməllər Cinayət Məcəlləsinə uyğun olaraq cinayət xarakterli əməllər kimi qiymətləndirilə bilər. Bu kimi hallarda şəxsin fəaliyyəti cinayət tərkibli hesab olunaraq onun barəsində həbs qərarı verilə bilər”.

R.Həsənov qeyd edib ki, qanunvericiliyin əsas məqsədi və istiqaməti şəxslərin öz öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır:

“Qanunvericilik daha çox bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Məhkəmə qərarlarının icrası vasitəsilə vəsaitlərin geri qaytarılması əsas hədəf kimi müəyyən olunub. Bu məsələ, xüsusilə bank sektoru üçün olduqca əhəmiyyətlidir. Çünki vətəndaşlar kredit öhdəliklərini yerinə yetirmədikdə bu, bankların aktivlərinin keyfiyyətinin pisləşməsinə, geri qaytarılmayan kreditlərin həcminin artmasına və nəticədə maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər. 

Buna görə də qanunvericilik bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutur və məhkəmə qərarları əsasən vəsaitlərin geri qaytarılmasının təmin edilməsinə yönəlib. Buna baxmayaraq, qeyd olunan hallarda kredit borcu olan vətəndaşlar qanunvericiliyə uyğun olaraq həbs edilə bilərlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

End of content

No more pages to load

RADİO