“Ailədən 4 nəfər marşrutdan istifadə etsə, aylıq nəqliyyat xərci 400 manata çatacaq” – Ekspertdən ETİRAZ

“Avtobuslarda gedişhaqqının bir nəfər üçün 1 manat olacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Əgər bu, əsassız bir şayədirsə, heç bir sözüm yoxdur! Amma əgər ictimai rəyin öyrənilməsi və nəbzin yoxlanılması üçün ortaya atılmış bir manevrdirsə, o zaman bir iqtisadçı olaraq birmənalı şəkildə etiraz edirəm və bunun yolverilməz olduğunu bildirirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri özünün Facebook hesabında iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.

O, deyib ki, 1 manatlıq gedişhaqqı yolverilməzdir:
 

“Xatırlatmaq istəyirəm ki, bir müddət öncə gedişhaqqı  50 qəpiyə qalxdığı zaman əksəriyyət etiraz edəndə, mən etiraz etmədim. Vətəndaş kimi daha ucuz qiymətin tərəfdarı olsam da, iqtisadçı kimi bilirdim ki, 50 qəpiyin iqtisadi əsası var və bu, olmalıdır. Amma 1 manatlıq gedişhaqqı artıq yolverilməzdir.


Bu gün paytaxtın girişində, çıxışında, mərkəzində, hətta on zolaqlı yollarında belə tıxaclar müşahidə olunur. İnsanlar Bakı ətrafında daha çox yaşayır, işləmək üçün isə şəhərə üz tutur. Bir ailədən 3–4 nəfər işə və təhsil müəssisəsinə getmək üçün gündə bir neçə marşrut dəyişir. Orta statistik hesabla, bir ailənin 3 üzvü 2 marşrut dəyişsə, gündəlik nəqliyyat xərcləri minimum 12 manat, 22 iş günü olan bir ayda isə 264 manat edir.

Əgər ailədən 4 nəfər çıxsa və bəziləri əlavə marşrutdan istifadə etməli olsa, analoji hesablama ilə ailənin aylıq nəqliyyat xərci 400 manata çatır.

Yəqin ki, bu rəqəm hamıya tanışdır – minimum əmək haqqının miqdarıdır. Hətta bir ailədən yalnız 2 nəfər çıxıb hərəsi 2 marşrut dəyişsə belə, bu, ayda 200 manata yaxın xərc deməkdir”, - deyə iqtisadçı əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

End of content

No more pages to load

RADİO