Bakının bu ərazilərində evlər sökülür: Əmlak qiymətləri yenidən artacaq

Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Ekspertlər bildirirlər ki, bu məsələdə əsas amil bazarda alıcıların sayının çoxalmasıdır.

Bakının mərkəzi rayonlarında şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binalarının inventarizasiyası prosesi başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib. 

Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb.

Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq, Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Maraqlıdır, görəsən söküntülər hansı ərazilərdə olacaq? Ərazilərin sökülməsi mənzil bazarına da təsir edəcəkmi? 

“Bakı Baş planda nəzərdə tutulan formada olacaq”

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, söküntülər həm dövlət ehtiyacı, həm də yeni yaşayış binalarının tikilməsi üçün aparılır: 

“2021-ci ildə Bakının baş planı təsdiq olundu. 2040-cı ilə qədər Bakı şəhəri Baş planda nəzərdə tutulan formada olacaq. Bu il Baş planın icrası ilə bağlı işlər daha sürətli gedir. Artıq paytaxtda çox sayda istismar müddətini bitirmiş binalar, yaşayış evləri sökülüb. Proses davam etdirilir. Onların yerində parklar, yollar, inzibati binalar inşa olunacaq. Sökülməli ərazilərlə bağlı monitorinqlər, planlamalar aparılır. Qiymətləndirmələrdən sonra qərar verilir. 

Dövlət ehtiyacı üçün sökülən ərazilərdə vətəndaşlara kompensasiya olaraq pul verilir. Bu işlər mərhələli şəkildə görülür. Yeni yolların çəkilməsi ilə də bağlı müəyyən ərazilərdə söküntü işləri aparılır. Yeni çəkiləcək yolların üzərində olan yaşayış evləri qiymətləndirilərək sökülür və vətəndaşlara kompensasiya məbləği ödənilir”.

“Tarixi binalar maksimum qorunur”

E.Fərzəliyev hazırda söküntü işləri həyata keçirilən yaşayış massivlərindən bəhs etdi:

“Hazırda Yasamal ərazisində keçmiş “sovetski” adlanan ərazidə söküntü işləri həyata keçirilir. Oradakı bütün binalar sökülmür. Çünki xeyli tarixi abidə mövcuddur. Məscidlər, hamamlar, kitabxanalar və digər qədim abidə hesab olunan yaşayış binaları da var. 

Tarixi binalar müəyyən edildikdən sonra onlara söküntü zamanı zərər gəlməməsi üçün maksimum qorunur. Ərazi söküldükdən sonra həmin ərazidə park salınacaq. İkinci İçərişəhər tipli 16-19-cu əsrə aid milli qoruq kimi qorunub saxlanılacaq. Nəsimi rayonunda da kiçik həcmli söküntülər gedir. Yəqin ki, yaxın gələcəkdə söküntülərin miqyası daha da böyüyəcək. O zaman hansı ərazilərin konkret olaraq nə zaman söküləcəyi bəlli olacaq”.

Ucuz, amma təhlükəli

Ekspertin fikrincə, söküntülərin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur:

“Burada bir məsələni də qeyd etməliyik. Hansı ki, köhnə evlərin istər kirayə, istərsə də satış qiyməti yenilərə nisbətən dəfələrlə ucuz idi. Lakin söküldükləri üçün həmin mənzillər əmlak bazarından çıxmış olur. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxtda kirayə mənzillərin qiymətləri indiki qiymətlərdən dəfələrlə baha olacaq. Çünki yeni binalar daha baha təqdim edilir. Amma hər bir halda Bakı köhnə yaşayış binalarından qurtulmuş olur. Çünki həmin mənzillər təhlükə mənbəyidir. Hər hansı zəlzələ, subasma, sürüşmə nəticəsində həmin ərazilərdə böyük dağıntılar yarana bilər”.

Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov da bildirdi ki, söhbət istismar müddəti başa çatmış və qəzalı şəraitdə olan binalardan və həyət evlərindən gedir:

“İstismar müddəti bitən binaların əksəriyyəti söküləcək. Amma öncəlik qəzalı əmlaklardır. Köhnə binalar sökülərək yerində yeni binalar inşa edilir. Bu həm şəhərin gözəlliyinə, həm insanların rahat yaşamına səbəb olur. Nəsimi, Yasamal, Nərimanov rayonları istiqamətində daha çox söküntü prosesi gedir”.

A.Nəsirov həmçinin vurğuladı ki, sökülən mənzillər üçün kompensasiya verilməlidir:

“Ya vətəndaşa pul, ya da yeni binadan ev nəzərdə tutulur. Pul məbləği ailənin sayı, mənzilin otaqlarının sayına görə hesablanır. Hər şey qarşılıqlı razılaşma əsasında tənzimlənməlidir. Razılaşma olmasa məhkəmə yolu ilə həll edilir”.

“Hər söküntü zamanı qiymətlərdə artım müşahidə olunur”

Ekspertin fikrincə, sökülən ərazilərdəki abidələr nəzarətə götürülür:

“Tarixi binalar və memarlıq abidələri söküntüyə daxil deyil. Əsasən bu kimi yerlərdə söküntü işləri həyata keçirilmir. Əgər keçirilərsə, söküntü yaxınlığında abidələr qorunur. Abidələrə zərər dəyərsə, şirkətlərin qarşısına tələblər qoyulur. Həmin abidələr yenidən bərpa olunur”.

A.Nəsirov söküntülərin əmlak bazarına təsirindən də danışdı:

“Söküntülər əmlak bazarına təsirsiz ötüşmür. Belə ki, hər söküntü zamanı qiymətlər artır. Bunun da səbəbi odur ki, evi sökülən kompensasiya alan vətəndaş yenidən bazara üz tutur. Alıcı artdıqca da əmlak bazarında qiymət artır”. ("Kaspi" qəzeti)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

End of content

No more pages to load

RADİO