"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ÖDƏYƏCƏK?

“Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə də sahibkarlara xeyili ziyan dəyib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Sədərək”dəki yanğın MƏHDUDLAŞDIRILDI – VİDEO


Bəs, yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Deputat qeyd edib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir: 

“Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. 

Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr belə, buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər. 

Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdıra bilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar.

Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar ilə bağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar.

Bütün bunlar ilə yanaşı, "Sədərək" ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinə ehtiyac var.

Əks halda, sığorta şirkətləri bu riski obyektlər ilə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var. Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər”, - Vüqar Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

End of content

No more pages to load

RADİO