Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır

Bəzi ərzaq məhsulları bütün dünyada sürətlə bahalaşır.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının hazırkı hesabatına əsasən, iyul ayında dünyada ən çox ət və bitki yağları bahalaşıb.
 

İyulda ətin qiymətləri iyun ayına nisbətən 1,2 faiz, bir il əvvələ nisbətən isə 6 faiz yüksək olub və bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bahalaşma əsasən mal və quzu ətinin bahalaşması, eləcə də quş ətinin bir qədər bahalaşması, donuz ətinin isə əksinə ucuzlaşması ilə bağlı olub.


Bitki yağının qiymətləri əhəmiyyətli dərəcədə artıb (7,1 faiz) və son üç ilin ən yüksək səviyyəsinə çatıb. Artım palma, soya və günəbaxan yağları üçün daha yüksək kotirovkalar hesabına baş verib ki, bu da kolza yağının qiymətindəki enişdən daha çox kompensasiya edib. Qara dəniz regionunda tədarükün mövsümi azalması səbəbindən günəbaxan yağının qiyməti qalxıb.

Bununla belə, dünya kolza yağının qiymətləri iyul ayında, əsasən, Avropaya gələn yeni məhsul ehtiyatlarının təzyiqi altında düşüb.

Taxıl məhsulları bir ayda 0,8 faiz, bir ildə isə 3,8 faiz azalıb. Belə ki, arpa və qarğıdalının dünya ixrac qiymətlərinin artdığı, sorqo və buğdanın isə ucuzlaşdığı bildirilir. Şərqi Avropada və xüsusən də Ukraynanın bəzi bölgələrindəki quraqlıq qarğıdalının beynəlxalq qiymətlərinə təsir edib. Düyü bir ayda 1,8 faiz ucuzlaşıb.

Süd məhsulları bir qədər ucuzlaşıb (iyun ayı ilə müqayisədə 0,1 faiz), lakin yenə də bir il əvvəldən (21,5 faiz) xeyli baha qiymətə satılıb. Bu qrup mallarda 2024-cü ilin aprelindən bəri ilk qiymət enişinə kərə yağı və quru südün beynəlxalq qiymətlərinin düşməsi səbəb olub və bu, əsasən pendir qiymətlərinin daha da artması ilə kompensasiya edilib. Kərə yağı da son altı ayda ilk dəfə ucuzlaşıb.

Qeyd edək ki, şəkərin qiymətləri əvvəlki ayla (0,2 faiz) və 2024-cü ilə (13,5 faiz) nisbətən aşağı olub və beş aylıq eniş tendensiyasını davam etdirib.

Ümumilikdə, məlumata görə, 2025-ci ilin iyul ayında bütün ərzaq qiymətləri indeksi iyun ayı ilə müqayisədə 1,6 faiz artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin iyul ayında Ərzaq Qiymətləri İndeksi 7,6 faiz aşağı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

Bu general Netanyahunu öldürəcəyinə söz vermişdi - ÖZÜ MƏHV EDİLDİ

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - VİDEO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Güləşçimiz Serbiyada qızıl medal qazandı

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Qusar Mərkəzi Xəstəxanasından qəzada yaralanan şəxslərlə bağlı AÇIQLAMA

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Xankəndi şəhərində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub - FOTO

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Pezeşkian Makronla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Daha bir güləşçimiz Serbiyada medal qazandı

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Əraqçi: “İran xalqının hüquqlarını müdafiə etmək məcburiyyətindəyəm” - VİDEO

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Pakistan ordusu Qəndəharda hərbi obyektlərə zərbə endirdi

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Əraqçi: “İranda saxlanılan amerikalılar təhlükəsiz yerdədir”

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

Azərbaycan diplomatı və Çinin 3 vətəndaşı İrandan təxliyə olundu - FOTO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

"Barselona"dan böyükhesablı qələbə - VİDEO

End of content

No more pages to load

RADİO