Vüqar Bayramov: “Azərbaycandan idxal qadağan edilsə, itirən Rusiya olacaq”

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək deyib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək. 

Doğurdanmı Azərbaycanın Rusiyadan iqtisadi asıllığı var? Qarşılıqlı ticarətdə potensial qadağalar hansı ölkəyə daha çox ziyan vura bilər?

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında yazıb.
 

Deputatın sözlərinə görə, hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə, bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq: 


“Belə ki, 2024-cü ildə Rusiya Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni, Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox Rusiyalı iş adamları ziyan görəcəklər.

Digər tərəfdən, Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir.

Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çox Rusiyadan kənar ölkələrə yönəlib. Bu isə o deməkdir ki, reallıq heç də Rusiyalı deputatın qeyd etdiyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə bu ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək.
 

Rusiyadan Azərbaycana köçürülən pulların məbləğinə gəldikdə, həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb. 2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu isə əvvəlki illə müqayisədə 53 faiz azdır. Deməli, Rusiyadan remittensi, yəni pul köçürmə asıllığı da yoxdur.


Nəzərə almaq lazımdır ki, remiTtensinin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstərciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici 3 faizdən azdır.

Deməli, bu istiqamətdə Azərbaycanın, nə Rusiyadan, nə də hər hansı digər bir ölkədə heç bir asıllığı yoxdur. 

Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir - Pulunuz kəsiləcək

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir - Pulunuz kəsiləcək

Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi - VİDEO

Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi - VİDEO

İrandan Dubay aeroportuna növbəti HÜCUM – Uçuşlar dayandırıldı – VİDEO

İrandan Dubay aeroportuna növbəti HÜCUM – Uçuşlar dayandırıldı – VİDEO

Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək

Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək

Bu həftə cekpotu aparacaq BÜRCLƏR

Bu həftə cekpotu aparacaq BÜRCLƏR

Beynəlxalq sistemdə təhlükəsizlik və əməkdaşlıq: Bakı Forumunun geosiyasi əhəmiyyəti

Beynəlxalq sistemdə təhlükəsizlik və əməkdaşlıq: Bakı Forumunun geosiyasi əhəmiyyəti

Pensiya ilə bağlı YENİLİK – Yığılan pulla ev almaq mümkün ola bilər – VİDEO

Pensiya ilə bağlı YENİLİK – Yığılan pulla ev almaq mümkün ola bilər – VİDEO

“Oskar” mükafatının qalibləri bəlli oldu – VİDEO

“Oskar” mükafatının qalibləri bəlli oldu – VİDEO

Trampdan Kuba ilə bağlı ANONS: “Tezliklə baş verəcək”

Trampdan Kuba ilə bağlı ANONS: “Tezliklə baş verəcək”

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Bakı səmasında dron səsləri - Nə baş verir? - Rəsmi açıqlama – VİDEO

Bakı səmasında dron səsləri - Nə baş verir? - Rəsmi açıqlama – VİDEO

Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi atəşə tutuldu

Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi atəşə tutuldu

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

End of content

No more pages to load

RADİO