Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz Umico bonusları qazanırlar. 

Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.
 

Belə ki, daha öncə Birbank Cashback və Birbank Star kart sahibləri partnyor məntəqələrdə etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə görə Umico bonusları təqdim olunur.


Bonusların məbləğinə heç bir limit tətbiq olunmur. Yenilikdən faydalanmaq üçün Birbank mobil tətbiqində müvafiq ay üzrə ən azı bir Umico bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız Umico bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür.

Yenilənmiş sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri “Hotellər – 3%” bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim edən partnyordursa, o həm 3% kateqoriya bonusunu, həm də 5% partnyor bonusu qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% Umico bonusu əldə edir.

Hazırda Birbank Cashback və Birbank Star kartlarında aylıq limit keşbek kateqoriyaları üçün ümumilikdə 50 AZN, Umico bonus kateqoriyaları üçün isə ümumilikdə 100 AZN təşkil edir.

Həmçinin Birbank Premium Cashback və Birbank Umico kartları üçün bonus kateqosiyasında 100 AZN limit tətbiq olunur. Müştərilər uyğun Birbank kartlarından istifadə etməklə bu imkanlardan yararlana bilərlər.
 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.


Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir - Pulunuz kəsiləcək

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir - Pulunuz kəsiləcək

Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi - VİDEO

Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi - VİDEO

İrandan Dubay aeroportuna növbəti HÜCUM – Uçuşlar dayandırıldı – VİDEO

İrandan Dubay aeroportuna növbəti HÜCUM – Uçuşlar dayandırıldı – VİDEO

Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək

Yeni dəfn texnologiyası: mərhumun bədəni suda həll ediləcək

Bu həftə cekpotu aparacaq BÜRCLƏR

Bu həftə cekpotu aparacaq BÜRCLƏR

Beynəlxalq sistemdə təhlükəsizlik və əməkdaşlıq: Bakı Forumunun geosiyasi əhəmiyyəti

Beynəlxalq sistemdə təhlükəsizlik və əməkdaşlıq: Bakı Forumunun geosiyasi əhəmiyyəti

Pensiya ilə bağlı YENİLİK – Yığılan pulla ev almaq mümkün ola bilər – VİDEO

Pensiya ilə bağlı YENİLİK – Yığılan pulla ev almaq mümkün ola bilər – VİDEO

“Oskar” mükafatının qalibləri bəlli oldu – VİDEO

“Oskar” mükafatının qalibləri bəlli oldu – VİDEO

Trampdan Kuba ilə bağlı ANONS: “Tezliklə baş verəcək”

Trampdan Kuba ilə bağlı ANONS: “Tezliklə baş verəcək”

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

Bakı səmasında dron səsləri - Nə baş verir? - Rəsmi açıqlama – VİDEO

Bakı səmasında dron səsləri - Nə baş verir? - Rəsmi açıqlama – VİDEO

Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi atəşə tutuldu

Bağdadda ABŞ səfirliyinin logistika mərkəzi atəşə tutuldu

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

"Mançester Yunayted" evdə üç xala sevindi - VİDEO

NTD “Şəki”yə qalib gəldi

NTD “Şəki”yə qalib gəldi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Mənəvi hədiyyələri yalnız qocalıqda aşkar edilən 3 doğum tarixi

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Firəngiz Mütəllimovadan bacısı ilə bağlı paylaşım - FOTO

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Sinaqoqa hücum edən şəxs "Hizbullah" komandirinin qardaşı imiş

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının 26-cı gününün duası - İmsak və iftar vaxtı

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

Xamenei ailəsini necə öldürdülər - DƏHŞƏTLİ TƏFSİLAT

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

İran ilk dəfə “Səccil” raketindən istifadə etdi – VİDEO

End of content

No more pages to load

RADİO