Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 921,5 milyon manat ekvavalentinə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat yer alıb.
Ölkəmizdə banklar tərəfindən verilən ümumi kreditlərin həcminə gəlincə isə, Mərkəzi Bankın məlumatına görə, iyun ayının 1-nə olan göstəriciyə görə, ümumi kredit qoyuluşu 14691,4 milyon manata çatıb.
Əhalinin banklardakı əmanətlərinin həcmi isə 8635,2 milyon manata bərabərdir.
Xatirə, Bizim.Media