Azərbaycanda KAZİNO SƏNAYESİ - Turizm və iqtisadiyyat üçün yeni imkanlar - ARAŞDIRMA

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Bundan əlavə, Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Xaricə daşınan vəsaitlər

Məlum olduğu kimi, 25 ildən artıqdır ki, ölkəmizdə kazinoların fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, Azərbaycanda kazino həvəskarlarının sayı heç də az deyil. Ona görə də, ölkəmizdən xaricə qumar oynamaq üçün xeyli sayda insan gedir. Bu şəxslər özləri ilə birgə ölkədən xeyli vəsait də aparırlar.
 

Azərbaycanlı qumar həvəskarlarının əsas üz tutduğu ünvan isə Gürcüstandır. Məlumatlara görə, Gürcüstan kazinolarının əldə etdiyi gəlirlərin təxminən 20 faizi Azərbaycan vətəndaşlarının payına düşür. Bundan əlavə, Kipr və Monteneqro kazinolarına üz tutan azərbaycanlıların sayı da yetərincə çoxdur.


Digər tərəfdən, ölkəmizdə kazinoların olmaması bir çox qumar həvəskarlarını onlayn oyunlara sövq edir. Bu isə bəzi hallarda vətəndaşların dələduzların qurbanına çevrilməsinə gətirib çıxarır. Məsələnin digər narahatlıq doğuran tərəfi isə bu cür qumar oyunlarından çirkli pulların yuyulması üçün istifadə olunmasıdır.

Azərbaycanda kazinoların yaradılmasının iqtisadi perspektivləri

Qeyd olunan məqamları nəzərə alsaq, görərik ki, kazino sənayesinin yaradılması bir çox aspektlərdən böyük önəm daşıyır. Belə ki, kazinoların fəaliyyətə başlaması ölkəmizdən xaricə çıxarılan vəsaitlərin azalmasına səbəb olacaq, üstəlik iqtisadi inkişafa da təkan verəcək.

Nəticədə həm ölkəmizdən xarici ölkələrin kazinolarına axan milyonlar ölkəmizdə qalacaq, həm turizm sektoru inkişaf edəcək, həm də minlərlə yeni iş yerləri yaradılacaq.

Kazinoların turizmin digər sahələrinə təsirləri

Kazino turizminin üstün cəhəti ondan ibarətdir ki, o, müxtəlif ölkələrdən çoxlu sayda insanı cəlb edə və onları bir məkanda birləşdirə bilir. Kazinolar ətrafında sürətlə yeni infrastruktur formalaşır.

Kazinoların olduğu yerdə təkcə otellər və restoranlar deyil, digər turistik yerlər də inkişaf edir. Yerli restoranlar kazinodan gələn bir çox xarici qonaqları qarşılayır. Üstəlik, əcnəbilər yerli mətbəxi dadmaq imkanı qazanırlar. Bu, ölkədə turizmin inkişafına daha böyük töhfə verir. Beləcə kazino turizmin digər sahələrinin də inkişafına təkan verir.

Böyük biznes kimi kazinolar müxtəlif sahələrdə minlərlə iş yeri yaradır. Buraya təkcə qumar salonlarında birbaşa işləyən işçilər deyil, həm də otellərdə, restoranlarda, salonlarda çalışanlar, həmçinin marketinq mütəxəssisləri və təhlükəsizlik işçiləri daxildir. Ölkənin iqtisadiyyatı bu iş yerlərindən bəhrələnir, nəticədə gəlirlər artır və sosial infrastruktur yaxşılaşır.

Dövlət büdcəsi üçün əlavə gəlirlər

Azərbaycanda kazinoların açılması dövlət büdcəsinə əlavə vergi gəlirləri gətirə bilər. Qumar biznesi lisenziyalaşdırılıb, dövlətin tam nəzarəti altına alındıqdan sonra, həm lisenziya haqları, həm də dövriyyədən alınan vergilər vasitəsilə ciddi maliyyə vəsaiti toplamaq mümkündür. Bu vəsaitin bir hissəsi sosial layihələrin maliyyələşdirilməsinə, infrastrukturun yaxşılaşdırılmasına və digər prioritet sahələrin inkişafına yönəldilə bilər.
 

Məsələn, Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib. Oxşar model Azərbaycanda da tətbiq edilərsə, illik milyonlarla manat həcmində gəlir qazanmaq mümkündür.


Göründüyü kimi, ölkəmizdə qanuni çərçivədə kazinoların fəaliyyət göstərməsi iqtisadi cəhətdən mühüm əhəmiyyət təşkil edir. Belə ki, kazinoların yaradılması dövlət büdcəsinə əlavə vəsaitlərlərin cəlb olunması ilə yanaşı turizmin müxtəlif sektorlarının inkişafına da təkan verəcək.

Bizim.Media-nın iqtisadi təhlil qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Mbappe Ronaldonun rekordunu təkrarladı

Mbappe Ronaldonun rekordunu təkrarladı

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

"Polat Alemdar" doğum gününü belə qeyd etdi - FOTO

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Uitkoffu ABŞ-ın danışıqçısı kimi Putin özü seçib? - DETALLAR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO