Azərbaycanda pensiya yaşı 70-ə qaldırılır? – Deputatdan AÇIQLAMA

Son günlər Almaniyanın iqtisadiyyat nazirinin pensiya yaşının 70-ə qaldırılması ilə bağlı verdiyi açıqlama beynəlxalq miqyasda geniş müzakirələrə səbəb olub. Bu çağırış Azərbaycanda da narahatlıq doğurub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə “görəsən, bizdə də pensiya yaşı artırılacaqmı?” sualı tez-tez səslənir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, ölkəmizdə pensiya yaşı hazırda optimal şəkildə müəyyən olunub və onun artırılmasına ehtiyac yoxdur:

“Düşünürəm ki, bu yaş məsələsini daha da artırmağa ehtiyac yoxdur. Çünki insanın ömrünün yarıdan çoxunu əmək fəaliyyəti ilə keçirməsi arzuolunan deyil. Doğrudur, bu gün dünyada dəyişən iqtisadi trendlər və sosial yük mexanizmləri yeni yanaşmaları zəruri edir. Lakin 65 yaşlı bir insanın istənilən sahədə səmərəli işləyə biləcəyini düşünmək reallıqdan uzaqdır”, - deyə o bildirib.

Deputat qeyd edib ki, insan ömrünün uzanması onun fiziki və zehni iş qabiliyyətinin eyni sürətlə davam edəcəyi anlamına gəlmir:

“Məsələn, 65 yaşlı bir şəxsin sərnişin avtobusu idarə etməsi nə dərəcədə təhlükəsiz olar? Təbii ki, bu sual üzərində ciddi düşünmək lazımdır. Həmçinin, bu yaşda olan insanların müasir iş mexanizmlərinə, texnoloji yeniliklərə uyğunlaşması da çox zaman çətinlik yaradır. Bu gün 60 yaşını keçmiş neçə nəfər kompüter bacarıqlarına tam yiyələnib və ondan peşəkar şəkildə istifadə edə bilir?”

Müşfiq Cəfərovun fikrincə, əgər pensiya yaşı artırılacaqsa belə, bu yalnız uzaq perspektivdə, yəni növbəti 15-20 ildə mümkündür:

“Hazırda 30-40 yaş aralığında olan şəxslər müasir çağırışlara daha uyğun gəlir, onlar texnoloji mühitdə böyüyüblər. Gələcəkdə bu nəsil 70 yaşa çatsa belə, müəyyən sahələrdə fəaliyyətlərini davam etdirə bilərlər. Lakin bu günün 60 yaşlı vətəndaşlarının 70 yaşa qədər işləməsini gözləmək qeyri-real görünür”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

Karantin rejiminin müddəti UZADILDI – QƏRAR

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər işdən çıxarıldı

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 39 nəfər işdən çıxarıldı

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Rusiyaya gedən Astara sakini MÜHARİBƏDƏ itkin düşüb

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: 54 yaşlı qadın xəsarət aldı - FOTO

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək – FOTO

İDDİA: Müctəba Xameneinin ölkədən çıxması üçün hazırlanan təyyarə vurulub - VİDEO

İDDİA: Müctəba Xameneinin ölkədən çıxması üçün hazırlanan təyyarə vurulub - VİDEO

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Musa Qurbanlı “100”ə ÇATDI

Musa Qurbanlı “100”ə ÇATDI

Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

Əraqçi: “İran Tramp səhvini anlayana qədər döyüşəcək” - VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR

Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR

Kayli Cenner “Oskar-2026”da diqqət mərkəzinə düşdü – FOTO/VİDEO

Kayli Cenner “Oskar-2026”da diqqət mərkəzinə düşdü – FOTO/VİDEO

Avropa Parlamentinin bəzi deputatları İranı xəritədə tapa bilməyib

Avropa Parlamentinin bəzi deputatları İranı xəritədə tapa bilməyib

Bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Göyçayda 16 yaşlı qız dəm qazından zəhərləndi

Göyçayda 16 yaşlı qız dəm qazından zəhərləndi

Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

Hörmüz böhranı qlobal enerji bazarlarını SARSITDI – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Hörmüz böhranı qlobal enerji bazarlarını SARSITDI – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

End of content

No more pages to load

RADİO