Yolda çuxura düşən avtomobilə dəymiş zərəri kim ödəməlidir?

Azərbaycanda yolların keyfiyyəti ilə bağlı narazılıqlar zaman-zaman gündəmə gəlir. Sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri də yolda qəfil yaranan çuxurlardır.

Bu cür hallarda avtomobilin alt hissəsi, təkərləri, amortizator və sükan sistemləri zərər görə bilər. Bəs belə hallarda zərəri kim ödəməlidir?

Bizim.Media xəbər verir ki, "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 5-ci bəndinə əsasən yolların hərəkət təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində baş vermiş yol-nəqliyyat hadisələri zamanı səhhətinə, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada tələb etmək yol hərəkəti sahəsində fiziki şəxslərin hüquq və vəzifələri sırasındadır.
 

Hüquqşünasların fikrincə avtomobilə yol çuxuruna görə dəyən zərərə görə məsuliyyət yolun balansında olduğu qurumun üzərinə düşür. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və ya bələdiyyələr, icra hakimiyyətləri ola bilər. Yolun hansı quruma məxsus olduğu müəyyənləşdirildikdən sonra sürücü rəsmi şəkildə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.


Lakin təcrübədə bu, çox da asan olmur. Sürücü aşağıdakı addımları atmalıdır:

Hadisə yerində dərhal foto və videoçəkiliş aparılmalı - çuxurun ölçüsü, yolda heç bir xəbərdarlıq əlamətinin olmaması və avtomobilin dəymiş hissəsi aydın görünməlidir. Polis çağırılmalı və protokol tərtib olunmalıdır.

Ekspertiza - avtomobilin servisdə baxışı və zərərin qiymətləndirilməsi sənədlə təsdiqlənməlidir. Yolun sahibinə rəsmi müraciət edilməlidir - bu qurum dəyən zərəri könüllü ödəməzsə, məhkəmə iddiası qaldırıla bilər.

Əgər avtomobil kasko sığortalıdırsa, bəzi hallarda sığorta şirkətləri bu xərci ödəyir və sonradan zərəri səbəb olan quruma qarşı regres iddiası qaldıra bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərdə növbəti ZƏLZƏLƏ

Xəzərdə növbəti ZƏLZƏLƏ

Hamamda yıxılan qadın 2 gün sonra VƏFAT ETDİ

Hamamda yıxılan qadın 2 gün sonra VƏFAT ETDİ

Üç övladı olan valideynləri sevindirəcək xəbər

Üç övladı olan valideynləri sevindirəcək xəbər

Azərbaycanın Türkiyədəki səfirliyi konsulluq xidməti göstərməyəcək – SƏBƏB

Azərbaycanın Türkiyədəki səfirliyi konsulluq xidməti göstərməyəcək – SƏBƏB

Cəmşid Əmirov MİDA-nın APARAT RƏHBƏRİ təyin olundu

Cəmşid Əmirov MİDA-nın APARAT RƏHBƏRİ təyin olundu

Xaçmaz və Şabranda qaz kəsiləcək – BU TARİXDƏ

Xaçmaz və Şabranda qaz kəsiləcək – BU TARİXDƏ

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

SABAHIN HAVASI: 17 dərəcə isti olacaq

SABAHIN HAVASI: 17 dərəcə isti olacaq

Nura Suri məhkəmədə UDUZDU

Nura Suri məhkəmədə UDUZDU

Son 2 ildə neçə şəxsə məcburi köçkün vəsiqəsi VERİLİB?

Son 2 ildə neçə şəxsə məcburi köçkün vəsiqəsi VERİLİB?

Xəzər rayonunda küçəni çirkab su basdı - VİDEO

Xəzər rayonunda küçəni çirkab su basdı - VİDEO

İrandan Pakistana JEST: Tankeri Hörmüz boğazını keçdi

İrandan Pakistana JEST: Tankeri Hörmüz boğazını keçdi

“Oskar-2026”da QALMAQAL: Bardemin Fələstinlə bağlı sözləri gündəm oldu – VİDEO

“Oskar-2026”da QALMAQAL: Bardemin Fələstinlə bağlı sözləri gündəm oldu – VİDEO

Fərman Qurbanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

Fərman Qurbanlı yüksək vəzifəyə TƏYİN OLUNDU

“Turan Tovuz”da CİDDİ İTKİ

“Turan Tovuz”da CİDDİ İTKİ

Bakıda 53 yaşlı qadın doğuş vaxtı VƏFAT ETDİ

Bakıda 53 yaşlı qadın doğuş vaxtı VƏFAT ETDİ

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Fransaya casusluqda ittiham olunan Martin Ryana HÖKM OXUNDU

Məzuniyyətdə olan şəxsin əməkhaqqı bu qaydada hesablanır - RƏSMİ

Məzuniyyətdə olan şəxsin əməkhaqqı bu qaydada hesablanır - RƏSMİ

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Prezidentdən Möminə xatun türbəsi ilə bağlı SƏRƏNCAM

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olundu - FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır – FOTO

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Gürcüstanın sabiq nazir müavini 10 il həbs cəzası aldı

Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

İran raketlərini vurmaq üçün ABŞ Türkiyədə Patriot sistemi yerləşdirdi

End of content

No more pages to load

RADİO