Xankəndidən dünyaya verilən MESAJLAR

Qlobal və regional münaqişələrin sayında ciddi artımların müşahidə olunduğu bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün keçirilməsi özündə bir çox mühüm komponentləri birləşdirir.

İlk növbədə, Azərbaycan sabit və təhlükəsiz ölkə imicinə sahib olduğunu nümayiş etdirir, ikincisi, Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq tədbirlərin keçirildiyi strateji məkan kimi tanınmasına nail olur, üçüncüsü, azad edilən ərazilərin tək ölkə deyil, qlobal iqtisadiyyata inteqrasiyası üçün ilkin zəmin hazırlayır, dördüncüsü, Prezident İlham Əliyev Xankəndinin əzəli Azərbaycan torpağı olduğunu və artıq bu həqiqətin dünya miqyasında da etiraf edildiyini tək Ermənistana deyil, onun havadarlarına göstərir.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti Azərbaycanın qlobal və regional statusunu növbəti dəfə təsdiq etməklə yanaşı, həm də 1964-cü ildə yaradılan, 1985-ci ildə adını dəyişən, 10 ölkəni sıralarında birləşdirən təşkilatın – ECO-nun qlobal siyasi və iqtisadi proseslərdəki rolunun təqdimatı baxımından xüsusi diqqət çəkir.

Məsələn, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi əhalisi 500 milyon nəfəri keçir.

Təşkilat Cənubi Qafqaz-Cənubi və Mərkəzi Asiya kimi strateji regionların təmsil edən dövlətlərdən ibarətidr və bu o deməkdir ki, dünyanın gələcəyi üçün önəmli olan layihələrin bir qismi ECO-nun iştirakı ilə reallaşır.

ÜMUMİ POTENSİAL VƏ ECO-NUN İQTİSADİ GƏLƏCƏYİ

Hazırda üzv ölkələrin ÜDM-nin həcmi 2,5 trilyon dolları üstələyir. Xüsusi qeyd edək ki, ECO təmsilçiləri zəngin təbii resurs və xammal mənbələrinə sahib olduqları üçün qlobal iqtisadiyyatda onların payı yüksək qiymətləndirilir.
 

Həmin təmsilçilər sırasında Azərbaycanın məxsusi yeri var. Təkcə onu qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycan və İƏT-ə üzv ölkələr arasında ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb və rəqəmin ilin ikinci yarısında daha da artacağı gözlənilir.


Digər vacib məsələ odur ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər beynəlxalq nəqliyyat layihələrinin ən fəal iştirakçılarıdır və əgər dünyanın nəqliyyat xəritəsində baş verən dəyişiklikləri nəzərə alsaq, bu sektorun ECO-nun nüfuzunun güclənməsində həlledici rol oynayacağını söyləmək olar. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya respublikaları, o cümlədən Pakistan və Əfqanıstan Şərq-Qərb nəqliyyat marşrutlarına xüsusi maraq göstərir, Orta Dəhliz, Bir Kəmər-Bir Yol, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları, eləcə də, Çin-Özbəkistan-Qırğızıstan dəmir yolu kimi layihələrə ciddi sərmayələr yatırırlar. İran və Azərbaycan Şimal-Cənub nəqliyyat marşrutunun fəal üzvləridir.

Qərb-Şərq və Şimal-Cənub layihələrinin vəd etdiyi imkanlar təbii ki, diqqəti İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin atacaqları addımlara yönəldir.

AZƏRBAYCAN ECO-NUN ƏN AKTİV ÜZVLƏRİNDƏNDİR
 

Prezident İlham Əliyevin Xankəndi sammitində vurğuladığı kimi, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edir. Ölkəmizin təşkilatın imicinə gətirdiyi müsbət çalarlar irəli sürdüyü təşəbbüslər timsalında özünü daha qabarıq göstərir. Məsələn, ötən ilin noyabrında ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirildi.


Tədbirdə 197 ölkə, 70 dövlət və hökumət başçısının iştirakı, 77 min şəxsin qeydiyyatdan keçməsi Azərbaycana olan inamdan irəli gəlir. Üstəlik, məhz Azərbaycanın təşəbbüsü sayəsində iqlim dəyişikliklərinə qarşı mübarizə üçün ayrılan vəsaitin bir hissəsi elə məhz İƏT üzvü olan ölkələrdə ekologiyanın yaxşılaşdırılmasına sərf olunacaq.

Bundan başqa, ölkəmizin təklifi ilə bu il ilk dəfə ECO Həftəsinin keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində ECO-nun biznes, gənclər və qadınlar forumunun təşkili təşkilatın inteqrasiyaya yönəlik hədəflərinin müəyyənləşdirilməsində tarixi rol oynayacaq. Bir sözlə, Bakı verilən qərarların sənəd üzərində qalmasını istəmir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün praktik mexanizmlərin yaradılmasına çalışır.

Bu baxımdan, ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat və Təmiz Enerji Mərkəzlərinin fəaliyyətə başlaması ilə bağlı görülən işlər bütün üzv dövlətlərdə məmnunluq doğurur. Nəhayət, Şuşa şəhərinin 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan edilməsi 44 günlük müharibədə parlaq zəfərə imza atan Azərbaycanın Qarabağın zənginliyini həm də ECO xətti ilə dünyaya təqdim edə bildiyini təsdiqləyir. İkinci bir tərəfdən, Xankəndi sammiti üzv ölkələrə məxsus şirkətlərin Azərbaycana, ilk növbədə isə, Qarabağ və Şərqi Zəngəzura investisiya yatırmasına stimul verəcək. Hazırda İƏT üzvü olan ölkələrə məxsus 10 min şirkət respublikamızda fəaliyyət göstərir.

Onları cəlb edən məhz Azərbaycan iqtisadiyyatının cəlbedici olmasıdır. Son 20 il ərzində iqtisadiyyatımıza 350 milyard dollara yaxın sərmayənin qoyulması təbii ki, ECO şirkətləri üçün də özünəməxsus bir siqnaldır.

GEOSİYASİ ƏHƏMİYYƏT VƏ RUSİYA FAKTORU

 

Əlbəttə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Xankəndi sammitinin geosiyasi əhəmiyyəti də var. Üzv ölkələrdən Azərbaycan, İran, Pakistan və digərlərinin üzləşdiyi problemlərin həllində ECO bir təşkilat olaraq təsirli rol oynaya bilər. Çünki, hər bir dövlət digər təşkilatlarda təmsil olunan ölkələrlə bu və ya digər formada əməkdaşlığa sahibdir.


Bu prizmadan qarşılıqlı inam və iqtisadi əməkdaşlıq meyarları mütəmadi şəkildə fərqli regionlarda alovlanan konfliktlərin qarşısını ala bilər. Azərbaycanın 2-ci Qarabağ savaşında Ermənistana qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları həm qonşu dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən normal qəbul edildiyindən üçüncü tərəfin prosesə hər hansı müdaxiləsinin qarşısı alındı və biz 30 ildən sonra tarixi ədaləti bərpa etdik. Bu fakt digər münaqişələrin həlli üçün də nümunə kimi götürülə bilər.

Lakin Bakı bütün problemlərin sülh yolu ilə həllində maraqlıdır və Ermənistanla postmüharibə mərhələsindəki danışıqlarını da sülh sazişinin imzalanması üzərindən tamamlamaq istəyir. Ancaq məğlub ölkədəki bəzi qüvvələr xaricdən, ilk növbədə isə, Rusiyadan dəstək alaraq sülh prosesini pozmağa və Azərbaycanın zəfərini sual altında qoymağa çalışır.
 

Onlar son günlər Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən zorakılıqlardan şirniklənərək ölkəmizə qarşı dezinformasiya kampaniyası aparır, proseslərin daha sərt məcraya getməsinə səy göstərirlər.


Hazırda Rusiyanın ayrı-ayrı bölgələrində soydaşlarımıza qarşı əsassız ittihamlar irəli sürərək ikitərəfli münasibətləri bir qədər də gərginləşdirməyə can atan qüvvələr olduqca fəaldır. Azərbaycanlıları “dövlət üçün təhlükə” adlandıranlar insanların evlərinə girir, qanunsuz şəkildə zorakılıqlar tətbiq edir, soydaşlarımızı deportasiyaya məruz qoyurlar. Prosesin daha nə qədər davam edəcəyini bilməsək də, Kremldən dəstək alan cəza dəstələrinin əməlləri Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurur. Hər şey telejurnalist Vladimir Solovyovun pafoslu sözləri qədər sadə deyil.

Millətçi seqment azərbaycanlıları Rusiyadan çıxarmaq, yaxud Azərbaycandan kənd təsərrüfatı məhsullarının alınmasını dayandırmaq kimi şizofrenik iddialar qaldırır və Solovyov kimi media təmsilçiləri vasitəsilə rus cəmiyyətinin şüuruna sırımağa çalışır. Lakin bu prosesdə uduzan Rusiya olacaq. Solovyov deyir ki, Azərbaycanı cəzalandırmaq üçün onun məhsulları Rusiya bazarına buraxılmamalıdır.
 

O zaman bir detalı qeyd edək: Rusiya bu ilin ilk 5 ayı ərzində ölkəmizə 1,7 milyard dollar dəyərində məhsul ixrac edib. Azərbaycandan isə şimala cəmi 445 milyon dollarlıq məhsul göndərilib. Təbii, Azərbaycan öz məhsullarını digər bazarlara çıxarmaq üçün yetərli qədər imkanlara sahibdir, bəs Rusiya Qərbin sərt sanksiyaları altında 1,7 milyard dollarlıq vəsaiti haradan kompensasiya edəcək? Bu baxımdan Rusiya dövlətinin rəsmiləri yaranmış vəziyyəti düzgün qiymətləndirməli, soydaşlarımıza qarşı təxribatların böyüməsinə imkan verməməli, baş verənlərin məntiqi izahını verməlidir.


Hər bir halda Kreml nümayəndələri Azərbaycanın dostlarından ibarət çoxsaylı təşkilatların olduğunu görməli və Bakıya qarşı haqsız təzyiqlərin sonda bumeranq effekti ilə Moskvanın özünə zərər vuracağını başa düşməlidir. Xankəndidə keçirilən ECO-nun 17-ci zirvə görüşündə təşkilat liderlərinin Azərbaycan dövləti və onun prezidenti haqqında səsləndirdikləri fikirlər Rusiyanın məlum dairələrinin müsbət qərar vermələri üçün əsas olmalıdır.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

End of content

No more pages to load

RADİO