Aprel-may ayından etibarən avtomobillərin qiymətində 2-5 faiz bahalaşma qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “ARB 24”ün "İş vaxtı" verilişində yayımlanan süjetdə qiymət artımının beynəlxalq daşıma və logistika qiymətlərinin yüksəlməsi ilə əlaqədar olduğu diqqətə çatdırılıb.
Pandemiyadan əvvəl insanların 1000-1200 manata gətirdiyi avtomobillər artıq son bir ildə yalnız yük maşınları ilə idxal edildiyi üçün 3 000 manatdan baha başa gəldiyi vurğulanıb.
Məsələyə ekspertlər də münasibət bildiriblər.
Bizim.Media