Bu ilin ilk beş ayında Azərbaycana 14 683 ton ət idxal edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalına görə, ölkəmizdən 25,8 milyon dollar vəsait xaricə çıxarılıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı azalıb.
Belə ki, 2020-ci ilin ilk 5 ayında Azərbaycana xarici ölkələrdən 40 milyon 397 min dollar dəyərində 22 min 574 ton ət idxal edilib.
Xatirə, Bizim.Media