Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Bizim.Media-ya AMB-dən verilən məlumata görə, uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.
Bildirilib ki, inflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib:
“Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də təxirə salınmış tələbin fəallaşması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır”.
Bizim.Media