SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki qaz yataqlarını işlətməyə hazırdır

Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatlarını kəşf etməsi strateji əhəmiyyətə malikdir.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey Enerji" və "Petkim Holding"in İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Nəzəri olaraq, “Türk Petrolleri” (TPAO) şirkəti ilə bu yataqlarda işlənmə və hasilat sahəsində əməkdaşlıq edə bilərik. Bu, peşəkar maraqlarımız sahəsinə daxildir”, - deyə V.Əliyev bildirib.

Onun sözlərinə görə, SOCAR-ın ən böyük xarici investisiyaları Türkiyəyə yatırılıb və onların həcmi 16,5 milyard ABŞ dollara çatıb:

“SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, eləcə də dənizlərdə qazma işlərində böyük təcrübəyə malikdir. Qara dəniz dərinliklərinə və dalğaların intensivliyinə görə ənənəvi bir platformanın quraşdırılması üçün uyğun olmaya bilər. Ancaq istehsal, insanların yeni proseslərə birbaşa qatılmaması da daxil olmaqla, yeni texnologiyaların cəlb edilməsi ilə qurula bilər”.

V. Əliyev Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatlarını kəşf etməsinin strateji əhəmiyyətinə diqqət çəkib.

O xatırladıb ki, SOCAR 1994-cü ildən bəri Türkiyənin TPAO şirkəti ilə müxtəlif layihələrdə əməkdaşlıq edir və bu təcrübəni üçüncü ölkələrdə qiymətləndirmə fürsəti mövcuddur.

Eyni zamanda, SOCAR rəsmisi qeyd edib ki, ilkin mərhələdə belə əməkdaşlığın enerji mənbələri ilə zəngin olan bölgələrdə həyata keçirilə biləcək: “Prezidentlərimizin bu mövzuda ortaq mövqeyi bizim üçün bir təlimatdır".

Qeyd edək ki, TPAO şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda, “Şahdəniz” qaz-kondensat yatağında, Cənubi Qafqaz Boru Kəmərində və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində yaxından iştirak edir.

Belə ki, Türkiyənin neft-qaz şirkəti AÇG də 5,73 % səhm payına malikdir. Həmçinin, TPAO “Şahdəniz” yatağında 19 % səhm sahibidir. Bundan başqa, “Türkiye Petrolleri” şirkəti BTC Ko şirkətində 6,53 %, Cənubi Qafqaz Boru Kəməri şirkətində isə 19 % səhm payına malikdir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan İrana növbəti humanitar yardım GÖNDƏRƏCƏK

Azərbaycan İrana növbəti humanitar yardım GÖNDƏRƏCƏK

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Məsud Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Qardaşlarımız gəldi... – FOTO

Qardaşlarımız gəldi... – FOTO

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

Ucarda güclü YANĞIN: Ev quşları tələf oldu - VİDEO

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

Bakıda tarixi binaya qarşı VANDALİZM - FOTO

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

“Qış yuxusu”ndan oyanan xəstəliklər – Orqanizm niyə yaz fəslini sevmir?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Hotellərdəki şampundan niyə istifadə etmək olmaz?

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə LƏĞV EDİLDİ

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Şirkət rəhbəri işçilərinin kirayə xərclərini və kreditlərini ömürlük ödəyəcək

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Ağdaşda 28 yaşlı qadın itkin düşdü – FOTO

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək - ilkin siyahı

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

ADNSU-da son bir ilin nəticələri: faktlar, rəqəmlər və əsassız iddialara cavab

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi BİLİNDİ

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Aprel döyüşlərinin qəhrəman pilotları anıldı – FOTO/VİDEO

Tolikin evində xeyir iş - Fotolar

Tolikin evində xeyir iş - Fotolar

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Rasim Həsənova yekun ittiham verildi - Baş Prokurorluq məlumat yaydı

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

Əli Əsədov Cevdet Yılmazla GÖRÜŞDÜ - Nələr müzakirə olundu?

"WhatsApp"a yeni funksiya GƏLİR

"WhatsApp"a yeni funksiya GƏLİR

Lətifənin bahalı hədiyyələri - Video

Lətifənin bahalı hədiyyələri - Video

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

Biləsuvarda 10 yaşlı məktəblini dərsə gedərkən it dişlədi – FOTO

End of content

No more pages to load

RADİO