Bu şəxslər daha tez pensiyaya çıxa BİLƏR

"Son dövrlər bizə ən çox ünvanlanan sorğulardan biri də güzəştli şərtlər ilə pensiya hüququ kimlərə şamil olunması ilə bağlıdır. Belə ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur".

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında qanunla təsbit olunub.
 

"Belə ki, qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri”, 9-ci maddəsi isə “güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri” müəyyən edir.


Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələrdə analar 59, əgər bu hüquqdan atalar isə istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.

Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qazanan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir.

Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır.

Bütün bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatlarının dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Keçmiş xanımı Anarı məhkəməyə verdi - Aliment ödəmir

Mayonezin gizli təhlükəsi: Görün nələrə səbəb olur

Mayonezin gizli təhlükəsi: Görün nələrə səbəb olur

Qonaqpərvərliyimiz yenə gündəmdə: Turistlər heyranlıqlarını gizlətmirlər - VİDEO

Qonaqpərvərliyimiz yenə gündəmdə: Turistlər heyranlıqlarını gizlətmirlər - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları İNŞA EDİR

Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları İNŞA EDİR

Naxçıvanda ər-arvad dəm qazından BOĞULDU

Naxçıvanda ər-arvad dəm qazından BOĞULDU

Hansı makaronları almaq tövsiyə edilmir?

Hansı makaronları almaq tövsiyə edilmir?

Deputat iclasa 214 min dollarlıq saatla gəldi - FOTO

Deputat iclasa 214 min dollarlıq saatla gəldi - FOTO

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Namiq Ağakərimdən yazdı: “Uşaqlığımın kumiri” - FOTO

Namiq Ağakərimdən yazdı: “Uşaqlığımın kumiri” - FOTO

Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr - SİYAHI

"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr - SİYAHI

Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

End of content

No more pages to load

RADİO