2025-ci ildən məktəb psixoloqlarının maaşları artırılacaq.
Bizim.Media "Azedu.az"a istinadla xəbər verir ki, 2025-ci ildən etibarən məktəb psixoloqlarının əməkhaqqılarında nəzərəçarpacaq artım müşahidə olunacaq.
Artım növbəti tədris ilindən tətbiq olunacaq. Bu addım ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqların sosial təminatını yaxşılaşdırmağa yönəlib.
Bizim.Media