Dövlət büdcəsində 3 milyard artıq vəsait YARANDI – Hara XƏRCLƏNƏCƏK?

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 964,9 milyon manat vəsait daxil olub, büdcədən 10 milyard 961,9 milyon manat vəsait xərclənib.

Büdcənin icrasında 3 milyard 3 milyon manatlıq profisit (büdcə artıqlığı) yaranıb.

2025-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 733 milyon manat, xərcləri 8 milyard 115 milyon manat təşkil etmiş, büdcənin icrasında 1 milyard 618 milyon manatlıq profisit yaranmışdı. Bu rəqəm ümumi daxili məhsulun 5,4 faizinə bərabər olmuşdu.

Bəs büdcədə yaranmış 3 milyardlıq profisit hara xərclənəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib ki, dövlət büdcəsində xərclər rüblər üzrə fərqləndirilir:
 

“Bəzi rüblərdə daha az xərcləmələr həyata keçirilir. Bu da sifarişlərlə, icra olunan layihələrlə və eyni zamanda dövlət satınalmaları ilə bağlıdır. Çünki dövlət satınalmaları praktik olaraq müəyyən zaman tələb edir. Dövlət satınalmaları həyata keçirildikdən sonra həmin istiqamətlərə büdcədən ayırmalar olur.


Gözləntilər ondan ibarətdir ki, üçüncü və dördüncü rüblərdə büdcədən daha çox vəsaitin xərclənməsi həyata keçiriləcək. Çünki payız aylarında öncədən icra olunan bir sıra layihələrin dövlət büdcəsindən maliyyələşdirilməsinin həyata keçirilməsi gözlənilir. Bu baxımdan büdcədə müəyyən müddətdə profisit yaransa da, mütəmadi büdcə sifarişləri də olur. Bu da yaranmış profisitdən istifadə anlamına gəlir. Ona görə də büdcə xərcləmələrinə müəyyən bir rübdə, bütövlükdə büdcə ili ərzində baxılması baxılması daha məqsədə uyğundur”.

Müsahibimiz bir vacib məqama da toxunub:

“Nəzərə alaq ki, Maliyyə Nazirliyi 1,5 milyard manatlıq vəsaiti depozit formasında banklarda yerləşdirib. Bu depozitlər orta hesabla 7 faizlə yerləşdirilib. Bu da ondan xəbər verir ki, artıq Maliyyə Nazirliyi tərəfindən büdcəyə əlavə vəsaitlər cəlb ediləcək. Bu da profisitin böyüməsinə imkan verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Xalq artistləri illər əvvəl - FOTO

Xalq artistləri illər əvvəl - FOTO

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Tbilisi prospektində DƏYİŞİKLİK

Tbilisi prospektində DƏYİŞİKLİK

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

"Çelsi"yə transfer qadağası qoyuldu

"Çelsi"yə transfer qadağası qoyuldu

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Nəriman millinin toplanışına QATILMAYACAQ

Nəriman millinin toplanışına QATILMAYACAQ

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

End of content

No more pages to load

RADİO