"Birbank Biznes"dən xanım sahibkarlara fürsət: “She’s Next”ə qoşulun, 15 min AZN qazanmaq şansına sahib olun

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn “She’s Next” qlobal təşəbbüsünün üçüncü dalğasına start verir.
 

16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək. Proqram 2 kateqoriya üzrə baş tutacaq.


Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.

Mikro bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.

Mükafat fondu 60 000 manat olan müsabiqə çərçivəsində iştirakçılar münsifələr heyətinə bizneslərinin inkişaf planını təqdim etməlidirlər. Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk onlayn tədris mərhələsində iştirakçılar bazar araşdırması, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən “She’s Next” rəqəmsal platformasında yerləşdiriləcək.

Mühazirələri dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir. 2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına qoşulmaq şansı əldə edəcək.

Bu mərhələdə Azərbaycanın aparıcı biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.

Final mərhələsi isə 11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000 manata, ikinci yerin sahibi 10 000 manata, layihənin birincisi isə əsas mükafata 15 000 manata sahib olacaq.

Qeyd edək ki, müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək proqramın saytından ərizə ilə müraciət etmək lazımdır.
 

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir.


Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. 

Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda, qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: //birbank.business/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Xalq artistləri illər əvvəl - FOTO

Xalq artistləri illər əvvəl - FOTO

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

İkinci Liqa: “Şəki Siti” və “Şirvan” qələbə qazandı

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

Çexiyadakı səfirliyimiz 10 gün konsulluq xidməti göstərməyəcək - FOTO

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

İran İsrailin silah istehsal edən şirkətlərinə zərbələr endirib

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Bürcünüzün öz "milyonçu rəngi" var: Geyinib-geyinmədiyinizi YOXLAYIN

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

Azıx mağarasının konsepsiyası təqdim edildi - FOTO

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

"Barselona"nın qapıları Messinin üzünə açıqdır"

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Yevlaxda yaşayış binasında YANĞIN OLUB - FOTO

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Bakının kriminal dünyasının lider qadını – “Şahnaz bibi” KİM İDİ?

Tbilisi prospektində DƏYİŞİKLİK

Tbilisi prospektində DƏYİŞİKLİK

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Aİ etirazların yatırılmasına görə 16 iranlı təhlükəsizlik əməkdaşına sanksiya TƏTBİQ ETDİ

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

Nazir Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

"Çelsi"yə transfer qadağası qoyuldu

"Çelsi"yə transfer qadağası qoyuldu

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Nəriman millinin toplanışına QATILMAYACAQ

Nəriman millinin toplanışına QATILMAYACAQ

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Bu şəxslər dövlətdən pul ala biləcək - AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

Sürücülərin NƏZƏRİNƏ – Tbilisi və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində YENİLİK – FOTO

End of content

No more pages to load

RADİO