Azərbaycanda 4 nəfərlik ailə bu qədər pulla dolana bilər – RƏQƏM

“Rəsmi statistika məlumatlarına görə,2024-cü ildə Azərbaycanda  əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları,geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Əli Məsimli sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb:

“Rəsmi statistika məlumatlarına görə, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb. 

Rəsmi rəqəmlərin müqayisəsindən göründüyü kimi, ötən ilin  yekun nəticələri ilə müqayisədə  bu ilin 4 ayı ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 58,20 manat və ya  13 faiz az mal, o cümlədən 26,40 manatlıq və ya 11 faiz az ərzaq,31,8 manatlıq və ya 16  faiz az qeyri-ərzaq malları alıb.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda əhalinin xərclərində ərzağın payı bütün xərclərin yarısı ətrafında olmaqla, çox yüksək olmaqda davam edir. Əhalinin aztəminatlı təbəqəsinin xərclərinin isə əksər hissəsi ərzağa sərf olunur. İnkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı 8-10 faiz, bəzi ölkələrdə bundan bir qədər yüksəkdir. Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir. Əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, əhalinin orta və uzunmüddətli alıcılıq qabiliyyəti, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur.

Azərbaycanda  2021-ci ilin ilk aylarında 4 nəfərdən ibarət  orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, o cümlədən ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi. 

2023-cü ilin əvvəllərinə bu cür orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib. 2025-ci ilin ilk aylarında isə 4 nəfərdən ibarət  orta ölçülü ailənin ticarət xərcləri 1800 manat, ərzaq xərcləri 1010 manat, qeyri-ərzaq xərcləri 790  manat olub. Son illər ailələrin ticarət xərclərində 600 manat və ya 1,5 dəfə,o cümlədən ərzaqda 368 manat və ya 1,6 dəfə, qeyri-ərzaqda 224 manat və ya 1,4 dəfə artım baş verib.

Xərclərin bu cür sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin artması yox, həmin illərdə inflyasiyanın yüksək olması, ötən il bir qədər səngisə də,bu ildən yenidən aybaay sürətlənməsidir.

Rəsmi statistikaya görə, 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6 faiz təşkil edib. Əslində inflasiya, xüsusən də, bir sıra ərzaq və qeyri-ərzaq malların qiymət artımı daha yüksəkdir.

İnflyasiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin güzəranına çox ciddi zərbə vurur.

Ona görə də islahatları genişləndirməklə bir tərəfdən, iqtisadi fəalliğın təşviqləndirilməsi, yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması istiqamətində real nəticəsi olan işlərin dairəsi genişləndirilməli, digər tərəfdən isə əmək haqqı və digər ödənişlər artanda onun  inflasiyanın yeminə çevrilməsinin qarşının almaqdan ötrü, Rəqabət Məcəlləsini işə salmaq, onun  səmərəli faliyyətini təmin etmək və antiinflasiya tədbirlərini gücləndirmək lazımdır.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

Bakıdakı sürücülərin nəzərinə!

Bakıdakı sürücülərin nəzərinə!

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

End of content

No more pages to load

RADİO