Qətər ABŞ prezidentinin Dohaya səfəri zamanı Qatar Airways üçün ABŞ istehsalçısı Boeing-dən 160 ədəd təyyarə almaq üçün 200 milyard dollarlıq müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, imzalanma mərasimində Donald Tramp və Qətər əmiri əl-Tani iştirak edib.
Bundan əlavə, ABŞ və Qətər müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.
Bizim.Media