Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödənişi zamanı məbləğin böyük hissəsinin faizdən çıxılmasıdır. Təklif edilir ki, banklar ödəniş cəvdəlinə yenidən baxsınlar və vətəndaş borcunu bağlayanda faizdən az çıxılsın. 

Bəs banklar bu məsələyə necə yanaşırlar? 

Bizim.Media xəbər verir ki, mövzuya millət vəkili Vüqar Bayramov münasibət bildirib.

Onun sözlərinə görə, istehlak kreditləri verilən zaman banklar daha qısa zamanda faiz gəlirlərini əldə etməyə çalışırlar:

“Bu isə ödəniş cədvəlində ilkin olaraq faizlərin ödənilməsinə və əsas məbləğdə ciddi dəyişikliklərin olmamasına gətirib çıxarır. Biz bütövlükdə həm ödəmə cədvəlində faiz və əsas məbləğlər üzrə proporsional yanaşmanın həyata keçirilməsini təklif edirik. Yəni banklar tərəfindən ilk aylarda və ya ilk ildə daha çox faiz ödənişlərinə üstünlük verilməsi məqbul deyil. Daha məqsədə uyğun olardı ki, optimal olaraq faiz və əsas məbləğlər üzrə ödənişlər məhz kredit ödənişi başladıqdan etibarən nəzərə alınsın, bölüşdürülsün. 

Bu dəyişikliklər edilsə, əsas məbləğ üzrə borcun daha tez azalmasına, krediti tez bağlamaq istəyən vətəndaşların iqtisadi hüquqlarının qorunmasına gətirib çıxaracaq". 

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının eksperti Mənsur Məmmədov qeyd edib ki, bu bankların kredit ödənişlərində istifadə etdiyi daha çox audit üsulu ilə bağlıdır. Bu modeldə vətəndaş sabit məbləğ ödəyir:

"Yəni aylıq ödəniş məbləği növbəti ödəniş periodlardakı məbləğlərlə eyni olur. Ödənişlərdə hər ay eyni məbləğğ ödənilsə də, bu onun tərkibini dəyişir. Kredit ödənişlərinin ilk dövrlərində əsasən faiz ödənişləri çox olur. Çünki qalıq borcu yüksəkdir. Bu da hesablanan faizi artırır. Zaman keçdikcə əsas borcun qalıq məbləği azalır. Nəticədə aylıq faiz məbləği də azalır. Bu da eyni zamanda əsas borc üzrə ödənişin ümumi ödənişdə payını artırır".
 

Ekspert vurğulayır ki, bank sistemində digər ödəniş üsulları da var. Lakin aylıq ödəniş məbləğinin sabit olması həm bank, həm də müştəri büdcəsinin proqnozlaşdırılmasını və planlaşdırılmasını asanlaşdırır. 


Bəs vətəndaşların ödəniş cədvəlini istədikləri kimi tərtib etmək hüququ var? 

Ekspert bildirib ki, bu sistem vətəndaşın əlavə pul ödəməsi demək deyil. Müştəri istənilən qrafikli ödəniş hallarında kreditin qalıq məbləğinə əsasən hesablanmış faiz məbləğini borc kimi ödəyir. Bankların ödəniş cədvəlini istədikləri kimi tərtbi etmək hüququ yoxdur. Ödəniş cədvəli qanunvericiliyə və müştəri ilə qarşılıqlı razılaşmaya əsasən hazırlanır. Müştəri sənədləri imzalamaqla öz razılığını bildirir. Əgər bu razılıq yoxdursa, bank bu şərtlərlə krediti müştəriyə verə bilməz. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

End of content

No more pages to load

RADİO