Qaz təsərrüfatı obyektləri ilə bağlı rüsumlar ARTIRILDI

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, yenilənmiş qanuna əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumunun məbləği 1 100 manatdan 2 500 manata çatdırılıb.
 

Bundan başqa, dövlət başçısı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu da təsdiq edib. Dəyişikliyə əsasən, lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarət zamanı isenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı yoxlama və nəzarətdənkənar tədbirlərdən də istifadə edəcək.


Buraya lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s. aiddir. Bu da sahibkarlıq subyektlərinin qanunvericiliyin tələblərinə əməletmə səviyyəsinin yüksəlməsinə, inzibati tədbirlərə əsas verən hərəkətlərin minimuma endirilməsinə, onların fəaliyyətinin davamlılığına xidmət edəcək.

Bundan başqa, yeni qanunla lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması planlaşdırılır. Hazırda lisenziya sahibi tərəfindən ölkə qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərməlidir. Təklif olunan düzəlişə əsasən lisenziya (icazə) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirməməsi (Qanunun 25.1.2-ci maddəsi) də belə təqdimatın verilməsi üçün əsas yaradacaq.

Eyni zamanda yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi və bu məqsədlə Qanunun 1 nömrəli əlavəsinin 10-cu maddəsinin yeni redaksiyada verilib. Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin xüsusiyyətləri nəzərə alınmaqla 10-cu maddədə nəzərdə tutulmuş fəaliyyət növünə münasibətdə bir sıra tələblər müəyyən olunur. Buraya bu fəaliyyət növünə lisenziya verilərkən lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsinin bağlanması tələbi, əks halda lisenziyanın hüquqi nəticələr yaratmaması aiddir.

Bundan başqa, sənədlə lisenziya və icazələr haqqında qanunun təkmilləşdirilməsi məqsədilə bir sıra dəqiqləşdirmələrin aparılması, o cümlədən Qanuna yeni anlayışın “lisenziyalaşdırma subyektləri” anlayışının daxil edilməsi, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumunun müəyyən olunması, “Lisenziyalar və icazələr haqqında” Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulması müəyyən edilir.

Belə ki, Qanunun 27.3-cü maddəsinə əsasən Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən qanunlara və lisenziyanın şərtlərinə riayət edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər (lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişləri) yerinə yetirilmədikdə, nəzarət orqanı lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərməlidir. Bu təqdimatın verilməməsi İnzibati Xətalar Məcəlləsinin 602-1.6-cı maddəsinə əsasən inzibati xəta hesab olunur və cərimə sanksiyası nəzərdə tutulur. Bu maddə nəzarət orqanlarının nəzarət fəaliyyətinin səmərəliyinin daha da güclənməsinə xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Bu tarixdən metroda 30 manat cərimələnə bilərsiniz

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Ağdamda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti KEÇİRİLDİ

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

Əməkdar artist efirdə göz yaşlarına boğuldu - VİDEO

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

“Qalatasaray” argentinalı futbolçu üçün təklif göndərdi

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

İran Dubay Hava Limanını yenə vurdu, ərazidə şiddətli yanğın olub - VİDEO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər - FOTO

End of content

No more pages to load

RADİO